İblis nə üçün Allaha itaət etmədi?
Mьəllif: admin1
Tarix: 6-05-2022, 23:36
İblis nə üçün Allaha itaət etmədi?
Allahın əmrinə boyun əyib, Adəmə səcdə edən mələklər, əslində Allaha səcdə edirdilər.

"İblis" ilk dəfə Adəmə səcdədən boyun qaçıran şeytanın adıdır. "Kəhf" surəsinin 50-ci ayəsində buyurulur: "Cin tayfasından olan İblisdən savayı, hamı səcdə etdi".

Ayədən göründüyü kimi, Adəmə səcdə edilməsi əmri gələn zaman, mələklərlə bir sırada dayanmış İblis mələk yox, cin tayfasından imiş.

O, elə təsəvvür edirdi ki, Adəmdən üstündür və o, Adəmə yox, Adəm ona səcdə etməlidir. Onun bu itaətsizliyi, sadəcə bir etiraz yox, ciddi etiqad məsələsi idi.

Bir ömür ibadət etmiş, öz ibadəti sayəsində mələklər cərgəsinə qoşulmuş İblis, öz təkəbbürü ucbatından anlamırdı ki, əslində Adəmə yox, Allaha səcdədən boyun qaçırır.

Şəksiz ki, Allahın əmrinə boyun əyib, Adəmə səcdə edən mələklər, əslində Allaha səcdə edirdilər. İblis isə səcdədən boyun qaçırmaqla, Allahın qəzəbinə düçar oldu.

İblisin insan övladı ilə düşmənçiliyi, bu gün də davam etməkdədir. Adəm və onun övladlarını qiyamət gününədək doğru yoldan azdıracağına and içmiş İblis, öz rəngarəng vəsvəsələri ilə insanları əbədi behiştdən məhrum edir.

O heç zaman düşmən qiyafəsində gəlmir. Necə ki, Adəmi öz andları ilə xeyirxah olduğuna inandırıb çaşdırmışdısa, Adəm övladlarını da eyni üsulla günaha sürükləyir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930