Gürcüstanda qadın hüquqları
Mьəllif: admin1
Tarix: 23-10-2017, 23:32
Gürcüstanda qadın hüquqları
Allahın buyurduqları qayda və qanunlarla riayət etmək, hicab və iffətimizi hər şeydən uca tutmalıyıq.Bəşəriyyətin ən incə varlığı sayılmasına baxmayaraq, tarix boyu qadınlar haqsızlıqlara məruz qalan varlıqlar olmuşlar. Tarixə nəzər saldıqda demək olarkı əksər hallarda qadın öz malik olmadığı, heç vaxt tələb edə bilməmişdir.
Qədim cəmiyyətlərin çoxunda qadın yuxarıdan aşağı kimi baxılmış və qadına miras hüququ təhsil tədris kimi sosial hüquqlar verilməmişdir.
Qədim Hindistan evlənmək məsələsində heç bir hüquqa malik deyildir. Buddizmin müqəddəs kitabı sayılan Vedalarda qadın qasırğadan, ölümdən və zəhərli ilandan daha pis məxluq kimi təsvir edilirdi. Çində qadın insan belə sayılmırdı. Ona ad belə verilmirdilər 1,2,3,4…. rəqəmlərlə çağrılırdı. Oğlan uşaqlarını at, qız uşaqlarını donuz adlandırırdılar.
Xiristianlıqda qadın hər zaman şeytan və bütün bəlaların yaradıcısı kimi baxılırdı. Yenə burda da təhsil hüququ əlindən alınmışdır. Kişilər: “Qadının gözəlliyindən qaçmaq lazımdır, çünki o iblisin silahıdır” deyirdilər.
Yəhudilərdə isə qadın dəyərsiz insan sayılırdı. Hər gün səhər kişilər “Əzəli İlahimiz, kainatın kralı, məni qadın yaratmadığın üçün sənə şükürlər olsun” deyirdilər.
Ingiltərədə qadın ilk günahın işlənməsinin səbəbkarı kimi baxılmışdır. Incilə belə əl vurulması yasaq olmuş onlara.
Cəhalət dövründə Ərəbistan yarımadasında qadının qiyməti evlərində saxlanılan heyvan balası ilə eyni səviyyədə idi. Oğlan uşağı olan ana qadın, qız uşağı olan ana isə səfalət içində qalanlardır deyirdilər. Hətta bu belə bir səviyyəni almışdır ki, ikinci qız uşağı olan ailə qızını diri-diri torpağa basdırılırdı.
Müasir dövrdə qadın isə 1789-cu ildə insan hüquqları bəyannaməsini qəbul etdiyi vaxtlar Paris qadınları Milli Məclisə ərizə verərək kişilərə qadınlar arasında bərabər hüquqa malik olmalarını istədilər. Həmin vaxt qərb buna laqeyid yanaşsada, müasir dğvrdə bu qanun qərbdə ğz yerini tapmışdır.
Diqqət etdinizsə qərbdə qadınlar öz hüquqlarını 18 əsrdə tələb etməyə başlamışlar. Hansı ki, İslam dini 6-cı əsrdən qadına hüquq tanıyaraq haqqını müdafiə edir. Öz müqəddəs kitabında da bunu bəyan edir. Məhz qadınlar üçün nazil olunan Nisa surəsində və digər başqa surələrdə də qadın hüququ və qadın dəyəri haqda geniş bəhslər edilmişdir. Necə ki, Bəqərə urəsində buyurur ki, “…Onlar (qadınlar) sizin libasınızdır və sizlərdə onların iffət libasısınız”.
Peyğəmbər dəfələrlə öz hədis və rəvayətlərində ümmətinə qadınlar ilə yaxşı davranmağı tövsiyə edib: “ Sizlərdən daha yaxşı o kəslərdir ki, qadınlar üçün yaxşıdırlar və məndə öz qadınlarım barəsində sizdən daha yaxşıyam”.
Bütün bunlara baxmayaraq bu gün ki, gün demokratik avropa ölkələri İslam qadınına əsarət altında təxyiqlər altında qalan, heç bir haqq və huququ tanınmayan bir qadın kimi baxılır.
Avropa ölkələrində olan yaşadığımız Gürcüstanda qadının hansı haqq və hüqüqa malik olduğuna baxaq.
Gürcüstan qanunvericiliyinə əsasən hər bir vətəndaş bərabər hüquqludur. Fərqi yoxdur kişidir ya qadın. Gürcüstandakı qadın təhsil və tədris almaq, mülk və miras hüququna bir sözlə hər cür sosial hüquqlar verilmişdir. Hətta əri tərəfindən içləməyə icazə verilməyən qadın “zorakalığa” məruz qalan qadın kimi hesab olunur. Bəs görəsən Gürcüstan cəmiyyətində bütün bunlar nə dərəcədə icra olunur?
Gürcüstandakı qadın tədris ola bilirmi? Öz haqqına düşəni tələb edə bilirmi? Düzgün, yəni incə varlıq kimi qiymətləndirilirmi?
Təssüflər olsun ki, cəmiyyətmizdə tanınan bütüb qadın huquqlarına ictimayətdə bir mənalı əməl edilir. Məsələn erkən yaşlardan qadını tədris hüququndan məhrum edilərək evləndirilmələrin sayı çoxdur. Kənd və rayonlarda belə hallar daha çox özünü göstərir.
Qadına bir o qədərdə, təhsil almaq çalışmaq ictimai aktivlik hüqüqü verilmir. Hər kəs düşünməlidir ki, savadlı xanım sabah savadlı körpə böyüdəcək anadır.
Erkən evləndirmələr yüksək daşıyıcıyla azərbaycanlılar arasında daha çox olsa da gürcülərdə də xususən kənd və rayonlarda buna rast gəlinir.
Ümumiyyətlə erkən evləndirmələr olmasa da, Gürcüstanda qadının maariflənməsinə az diqqət edilir. Hər kəs öz qız övladının yox, oğlan övladının mariflanməsinə, təhsil almasına daha diqqətli yanaşır. Düzdür hər kəs bunu mentalitet və İslamla əlaqələndirərək (Azərbaycanlılar) Gürcüstanda azərbaycanlıların həm erkən evlənmələrə meyilliolduğunu, həm də qadının təhsillənməsinə daha az diqqət edildiyin söyləyir. Lakin təhsilə dövlət qanunvericiliyində dinimizdə çox geniş yer ayırır.
İslam dini ta 14 əsr bundan əvvəl elm almağı mariflənməyi həm kişi və həm qadına vacib buyurub. Həzrəti Peyğəmbərimiz(s) də öz hədisində “Elm öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir” buyurnuşdur.
Gürcüstan qadınlarının əksəriyyəti boşanmalar zaman qadın hüququnun demək olar ki, qorunmadığını söyləyirlər. Onlar (yəni boşanma ilə üzləşən qadınlar) bəyan edirlər ki, öz haqqınıza düşəni tələb edib ala bilmirik, bizim haqlarımız hada az müdafiə olunur.
Diqqətimi cəlb edən daha bir məsələni nəzərinizə şatdırmaq istəyirəm.
Bəli Gürcüstanda kişi ilə bərabər huquqlar tanınıb o dərəcədə ki, qadın hər hansı bir həm fiziki həm mənəvi cəhətdən ağır işlərdə işlədiyini gördüyümüz zaman heç kəsdə təəccüb doğurmur. Bu gün Gürcüstan bəzisinə yol süpürərkən, bazarlarda ağır çuvallar daşıyarkən və digər başqa ağır və yorucu işlərdə rast gəlirik. (Bu məsələ tək Gürcüstanda deyil bie çox demokratik dövlətlərdə də öz əksini tapır). Təbii ki, bunların heç biri nöqsanlı və ayıb bir işlər deyil. Sadəcə olaraq qadınlarımızın düzgün qiymətləndirilməsini istəyirik. Nəzərinizə çatdırıram ki, İslam qayda və qanunlarına riayət edilən ölkələrdə ictimayətdə diqqət yetirsək qadını ağır işlərdə (yol süpürmək, çuval daçımaq və s.) görmərik)Çünki, İslam qadını qızılgül kişini isə gövdəli bir ağaca bənzədərək, zərif və təravətli qızılgülünün qızmar günəş istiliyinə küləyə və tufana qışın sərt soyuğuna dözümü olmadığı kimi qadınında yorucu və ağır ictimai işlər qarşısında müqavimət və dözümü olmadığı bəyan edir!
Bir sözlə əziz bacım! Sənin dəyərini heç bir cəmiyyət və dövlət düzgün qiymətləndirməsədə Allah yanında dəyərin yüksəkdir.
Buna görə hər birimiz Allaha şükür etməliyik. Şükrün müqabilində isə Allahın buyurduqları qayda və qanunlarla riayət etmək, hicab və iffətimizi hər şeydən uca tutmalıyıq.

N. Esmira
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930