BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
Mьəllif: admin1
Tarix: 23-04-2017, 12:59
BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
Ahlibeyt.ge xəbər verir ki, aprel ayının 21-də Batumidə "İnturist Palace" mehmanxanasında Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “İslam və müasirlik” başlığı altında konfrans keçirilib.
Konfrasdan məqsəd sağlam və ənənəvi İslamın fikir və mövqeylərinin olduğu kimi anlaşılması, müasir müsəlman icmasının dini-elmi dünyagörüşünün inkişafı, Gürcüstanda və dünyada İslam və müsəlmanların qlobal vəziyyəti və dini durumun araşdırılması idi.
Yerli din alimləri, elm və ictimaiyyət xadimləri, dövlət rəsmiləri və Azərbaycan, İran və Türkiyədən din alimləri və səfirlik nümayəndələrinin iştirakı ilə keçirilən konfrans namaz və nahar fasiləsi olmaqla bir gün boyunca davam etdi.
Konfransın birinci hissəsində qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze “Gürcüstanda İslamın real vəziyyəti” haqda danışdı, Sonra Gürcüstan Müsəlmanları İdarəsi şeyxinin nümayəndəsi Hacı Qurban Murquzov Hacı Ramin İgidovun “Sekular dövlətlərdə və ölkədə din-dövlət münasibətləri” haqqında məruzəsini iştirakçıların nəzərinə çatdırdı. İkinci hissədə isə tanınmış İranlı din alimi Məhəmməd Baqi Saivər “Dindən siyasi məqsədlər üçün istifadənin nəticələri”, Azərbaycandan Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu “İslam dünyasının qlobal vəziyyəti”, Türkiyənin Gürcüstandakı səfirliyinin dini ateşesi Nəbi Gümüş “Müasir dünyada Müsəlmanların qeyri müsəlmanlarla münasibəti” haqqında danışdılar. Konfransda iştirak edən yerli gürcü professorlar və din xadimləri Gürcüstanda İslamın tarixi və xronoloji təhlili, XXI əsrdə İslam və müsəlmanların vəziyyəti, İslam adına fəliyyət göstərən ekstremist qruplaşmaların meydana çıxma səbəbləri haqqında da çıxışlar etdilər.


BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ
BATUMİDƏ “İSLAM VƏ MÜASIRLİK” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930