Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Şüəra-83
Mьəllif: admin1
Tarix: 14-07-2022, 18:21
Qurani-Kərimdən qısa və gözəl bir dua nümunəsi – Şüəra-83
Quran ilahi maarif kitabıdır. Bu kitab insan həyatının bütün sahələrində onun əlindən tutur, onu zülmətdən nura çıxarır.

Quran maarifinin bir nümunəsi də insana dua ədəbini öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Quranın, bəndənin dilindən zikr olunan bir ayəsi də Şüəra surəsinin 83-cü ayəsidir:

رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ

“Ey Rəbbim! Mənə hökm (elm və hikmət) bəxş et və məni salehlərlə qovuşdur!”

Qeyd olunan bu ayə ulul-əzm peyğəmbər Həzrət İbrahimin dilindən zikr olunur. İbrahim (ə) Allahdan hikmət diləyir və onu saleh bəndələrə qovuşdurmasını istəyir.

“Hökm” sözü barəsində qeyd olunur ki, “hökm” sözü rəhbərlik, elm və mərifət, hikmət mənasında ola bilər. Lakin hökm, hikmətdən də üstün bir mənaya aid edilir. Çünki hikmət haqqla batili ayıran yeganə qüdrətdir. Höküm isə hikmət və agahlıqla haqqın icrasını həyata keçirmək deməkdir. (Təfsiri-nümunə)

Salehlər isə yaxşı əməl sahibləridir. Həmçinin o yaxşı əməllər ki, insana Haqq Təala tərəfindən kəramət, ləyaqət, fəzilət qazandırır. (Ətyəbul-bəyan təfsiri)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930