Tarixi qətliamların qəssabları kimlərdir?
Mьəllif: admin1
Tarix: 16-04-2014, 21:02
Bцlmə: Bilirsinizmi?
Tarixi qətliamların qəssabları kimlərdir?


Yaxın tarixdə törədilmiş qətliamları araşdırmaq qərarına gəldim

Belə gördüm ki, törədilən qətliamların əksəriyyəti, bəlkə də hamısı, Amerika və Avropa ölkələri tərəfindən bir başa, yaxud da vasitəçilərlə törədilib.

Vyetnam qətliamı

1964-1973-cü illər ərzində Amerika ordusu Vyetnamda mülkü vətəndaşlara qarşı kütləvi qətliam törətmişdi. Bu qətliamda yarım milyon vyetnamlı həyatını itirib. Buna görə isə cəmi 14 Amerika hərbçisi məhkəməyə çıxarılaraq mühakimə edilmişdi. Bu qətliama “My Lai” da deyirlər. Mühakimə olunan hərbçilərdən 13-ü qısa zamandan sonra amnistiyaya düşərək azadlığa çıxmışdılar. Yalnız general Kalley 3 il müddətinə ev dustağı olmuşdu.

ABŞ-ın törətdiyi digər qətliamlar

1948-1953-cü illər. Filippində hərbi əməliyyatlar. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər. 1 milyon ABŞ əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlərlə koreyalının həlak olması.
1964-cü il. Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər. 50 min ABŞ əsgərinin Laos Respublikasına təcavüzü. Yenə minlərlə qurban.
1982-1983-cü illər. 800 ABŞ dəniz piyadasının Livana hərbi təcavüzü. Minlərlə qurban.
1986-cı il. Liviyaya soxularaq Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il. Panamaya silahlı basqın. Minlərlə panamalının qətlə yetirilməsi.
1991-ci il. İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450 min hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə edilməsi. 150 minədək dinc sakinin öldürülməsi. Qorxu yaratmaq üçün dinc obyektlərin bombardman edilməsi.
1992-1993-cü illər. Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.

1821 – 1922 illərdə müsəlman qətliamı

Avropada olan müsəlmanlar bu illər ərzində sürgün edilmişlər. 5 milyon müsəlman sürgün edilmiş, 5 milyondan çox müsəlman isə qətlə yetirilmişdi. Bu illər ərzində müsəlmanlara qarşı sərt mövqeyə görə heç bir “mədəni” ölkə səsini çıxarmamış və qətliamların qarşısını heç kim almamışdır. Avropanın bu cinayətinə “etnik təmizlik” adı da verilmişdir. Təkcə 1912 - 1926 illərdə 2,6 milyon müsəlman qətlə yetirilmişdi.

Erməni qətliamı

19-cu əsrin axırı - 20-ci əsrin əvvəlində ermənilərin törətdiyi qətliamda 300 min insan öldürülmüşdü.
İngilislərin əli ilə hazırlanmış Asaba qətliamı
1967-ci ildə Nigeriyanın daxilində meydana gələn müharibədə Nigeriyanın cənub-şərqində yaşayan İbolar qətlə yetirilmişdi.
1966-cı ildə İbolar İngilislərdən ayrılaraq müstəqil Biafra respublikasını qurmuşdular. 1967-ci ildə isə Nigeriya ordusu Asaba qətliamı törətmiş və 100 minlərlə ibolunu öldürülmüşdür.
1966-1975-ci illərdə məhkəmə qurulmuş və qətliamda əli olanlar mühakimə olunmuşdular. Məhkəmə zalında peşmançılıqlarını bildirən canilər azadlığa buraxılmışlar.

Serbiya qətliamı

2-ci dünya müharibəsi zamanı millətçilər və faşistlər tərəfindən serblərə qarşı qətliam törədilmişdir.
Bu qətliam da etnik təmizləmə kimi xarakterizə edilmişdir.
1 milyon serb qətlə yetirilmişdir. Serblərin inkişafı Avropa ölkələrinə lazım olmadığı üçün bu qətliamın qarşısı yetərincə serbin öldürülməsindən sonra alınmışdır. 250.000 serb öldürülməməsi üçün katolikliyi seçmişdir.

Srebrenitsa və Bosniya qətliamı

1991-1995-ci illərdə Yuqosloviyada baş verən daxili müharibədə (Xorvatiya və Bosniya müharibəsi) müsəlmanlar kütləvi şəkildə qətlə yetirilib. Kifayət qədər müsəlman öldürüldükdən sonra Avropa Şurası hərəkətə keçmişdir. Bu qətliama Radko Mladiç başçılıq edib. Qətliam nəticəsində 8300 müsəlman qətlə yetirilmişdir. Qətliam zamanı ağır texnikadan istifadə edilmişdir. Bundan əlavə Serbiya əsgərləri xüsusi əməliyyatla, rayonlara çox asanlıqla girmiş, ordakı və dağa qaçmış müsəlmanları qətlə yetirmiş və qadınlara qarşı çox dəhşətli işgəncələr həyata keçirmişlər. Serbiya əsgərləri müsəlmanların tanınmaması üçün cəsədləri doğramış və 64 toplu məzarlığa basdırmışlar.
Bu qətliam zamanı BMT yalnızca 2 ədəd F16 qırıcısını Bosniya səmasında uçurmaqla kifayətlənmişdir. Amerika və Avropa ölkələri bütün bunlara susmuşdur.
Qətliamın əsas səbəbkarı Radovan Karaciç 21 iyun 2008-ci ildə həbs olunmuşdur. Ona “Bosniya qəssabı” ləqəbi verilib.
Bu qətliam tarixin ən böyük qətliamı kimi xarakterizə edilir.


Azərbaycana qarşı törədilmiş qətliamlar

Azərbaycana qarşı da çox sayda qətliamlar törədilib. Yenə də Qərb və Avropa bu qətliamlara səssiz qalmışdır. Nəticədə öldürülənlər müsəlmanlar olduğu üçün bu hamının işinə yarayırdı.
26 fevral 1992-ci il. Xocalı qətliamı – 613 müsəlman qətlə yetirilib. Ölənlərdən 83-ü uşaq, 106-sı isə qadın olub. Qətliama rəhbərlik edən cani Serj Sarkisyan hal-hazırda Ermənistanın prezidentidir. Dünya bu caninin hakimlik etməsinə qətiyyən narazı deyil. Halbu ki qətliam törədən digər cinayəkarlar yalandan olsa belə Avropa məhkəməsində mühakimə olunublar. Görünür, bu və digər qətliamlar da Qərb və Avropanın, həmçinin Rusiyanın maraqları çərçivəsində olub.

Bundan başqa Azərbaycanda İyun qətliamı, Bakı qətliamı, Qara Yanvar, Kirovabad qətliamı, Marağa qətliamı, Mart hadisələri və Sumqayıt qətliamı törədilib. Bütün bu qətliamların başçıları isə ədalətlə mühakimə olunmayıb.

Sabra və Şatilla qəhrəmanı

16 sentyabr 1982-ci ildə sionist İsrail rejiminin falanqistləri Qərbi Beyrutda yerləşən Sabra və Şatilla Fələstin qaçqın düşərgələrinə hücum etmişdilər. Əmri isə İsrailin müdafiə naziri Ariel Şaron vermişdi. Bu qətliama da nə Amerika, nə də Avropa ölkələri etiraz etməmişdi. Qətliam nəticəsində 3500 müsəlman qətlə yetirilmişdir. Öldürülənlərin çoxu uşaq və qadın olub.
Bu qədər müsəlmanların qanının axıdılmasına göz yuman demokratiya, insan haqlarını əlində məşəl edən BMT və qərb birliyi indi Liviyada, Misirdə, Tunisdə, Əlcəzairdə sülhü bərqərar etmək istəyir. Bu ki, cəfəngiyyatdan başqa bir şey deyil.

Halbuki, öz hərbi qüvvələrini qurmaq istəyən Əlcəzairdə, Tunisdə, Liviya və Misirdə, Amerika və İngiltərə ötən əsrin əvvələrindən bəri ixtişaşlar yaradaraq ölkəni zəiflətmiş və öz hərbi hissələrini, qırıcılar üçün hava limanlarını qurmuşdur. Liviyada Qəzzafinin hakimiyyətə gəlməsində Amerikanın böyük əməyi olub.
Qətliamlar sırasına Amerika, İngiltərə, İsrail, həmçinin Fransa və bəzi Avropa ölkələri, öz marağı olduqda Rusiya da qoşulub.

Hələpcə qətliamı

Atom bombasını sınaqdan keçirən Amerikanın Hirosima və Naqasakini məhv etməsinə bənzər olay olan Hələpcə qətliamının Amerikanın yeni sınağı olub-olmaması kimin ağlına gələr?
Bu cinayətkar qruplara diktatorlar lazımdır.
Hələpcə qətliamı İran-İraq müharibəsi zamanı törədilmişdir.
Səddam Hüseynin hakimiyyətində olan ordu Hələpcədə üsyançıları yatırmaq və İranı məğlub etmək üçün həmən qəsəbəyə zəhərli qazla hücum etdi. Bu kütləvi qırğın silahının İraqda istehsal olunmadığı bildirilir. Bu qətliam nəticəsində 5000-dən çox insan həyatını itirmiş, 7000 insan yaralanmışdır. Xəsarət alanların demək olar ki, əksəriyyəti şikəst qaldı. Araşdırma təşkilatları bu kütləvi qırğın silahının təsirinin Hirosima və Naqasakidəki Amerikanın istifadə etdiyi nüvə bombasından daha güclü olduğunu və dünyaya gələn uşaqlardakı təsirinin 3-4 dəfə çox olduğunu bildirmişdilər. Qətliamın törədilməsinə susan Amerika tərəfi isə bu araşdırmanı yalanlamışdı. Bu da təbii ki, şübhə doğurur. Nəzərə alsaq ki, İran-İraq müharibəsi zamanı İran tərəfindən atılan güllələr və raketlər Amerika ordusuna məxsus idi. Bu qənaətə gəlmək olar ki, elə Hələpçədəki qətliamda da Amerikanın əli var. Qətliamdan dolayı “Kimyavi Əli” mühakimə olundu.

Bundan başqa İngiltərənin Hindistanda törətdiyi qətliamları da xatırlatmaq olar.

Dersim qətliamı

Yaxın tarixdə müsəlmanlara qarşı növbəti qətliam Osmanlıdan sonra qurulan Türkiyə Cumhuriyyəti dövründə törədilib.
Dersim qətliamı bir o qədər də tanınmayıb. Osmanlıdan ayrılan Türkiyə Cumhiriyyəti bunun yayılmaması üçün addımlar atmışdı. Bu qətliam 1920-ci ilin əvvəlində törədilib.

Hökumət tərəfindən hazırlanan qanunlarla Dersim (indiki Tunceli) bölgəsinə havadan və qurudan hücum edilmişdi.
Hökumətə bağlı komandirlər əsgərlərə kürdləri erməni kimi tanıtdırmışdı. Həmin əməliyyatlarda iştirak edən əsgər daha sonra bu barədə açıqlama vermişdir: “Komandirlərimiz bizə öldürəcəyimiz insanların erməni olduğunu deyirdi. O müsəlmanları boş bir sahəyə aparırdılar. Onlar öldürülərkən Allahı və peyğəmbəri, imamları köməyə çağırırdılar. Biz o zaman anladıq ki, komandirlərimiz bizi aldadır.” Bu qətliam nəticəsində yüzlərlə seyyid qətlə yetirilmişdi. Kütləvi qırğın nəticəsində 40 minə yaxın müsəlman həyatını itirmiş, 2248 ailə, ümumilikdə 11.818 nəfər başqa yerlərə sürgün edilmişdi.

Bölgədə yaşayan kürdlərə qarşı bu qətliam sonradan kürdlərin türklərə qarşı nifrət hissini oyatmışdı. Bunun da türklərə qarşı siyasi bir təxribat olduğu açıq aşkar görünür.
Herero və Namaka qətliamı
1904-cü ildə Herero və Namakalılara qarşı Almaniyanın törətdiyi qətliam.
Bu soyqırım nəticəsində 75 min Herero və Namakalı qətlə yetirilmişdi. Bu qətliama da bütün dünya susmuşdur.
Bundan əlavə NATO və Koalisiya ordusunun Əfqanıstanda, Pakistanda, İraqda törətdiyi qətliamların sayı hesabı yoxdur.

İsrailin fələstinlilərə, livanlılara, suriyalılara qarşı törətdiyi qətliamları da sadalamaq lazımdır. İsrailin törətdiyi qətliamlarda da minlərlə insan həyatını itirmişdi. Buna da heç bir Qərb və Avropa ölkəsi ciddi şəkildə etiraz etməmiş və bunun qarşısı alınmamışdır.
Tarixi araşdırdıqda görürük ki, ümumbəşəri cinayətlər Qərb və Avropa ölkələriylə bu və ya digər dərəcədə əlaqəlidir.

Lakin bu gün dünyada terror və cani kimi müsəmanlar göstərilir. Qərbin süni şəkildə İslama calamaq istədiyi terrorların belə heç birində yuxarıda sadaladığım qədər insan qətlə yetirilməyib.
11 sentyabr terroru aşkar Amerikanın öz oyunu olduğu artıq hamıya məlum olub. Lakin bu terrorda belə qurbanların sayı Amerikanın törətdiyi qətliamlardakı qırğınlardan qat-qat az olub.
Dünyanın ən diktator ərəb ölkələri belə bu qədər qan axıtmamışdır.
İndi hansısa azərbaycanlının Qərbin demokratiya ülgüsü olması təəccüb doğurmur. Çünki bunu demək başlıca olaraq savadsız və qərəzli olmaqla bağlıdır.

Qərb və Avropa ölkələri bu qədər kütləvi qətliamlardan sonra özlərini məsum göstərmək üçün süni demokratiya qurmuşlar. Təbii ki, bu digər varlı, lakin zəif ölkələrin hesabına təmin olunur.
Bu gün Azərbaycan kimi Ərəb ölkələrinin nefti Qərbin təyin etdiyi qiymətə satılırsa, burda Amerikanın dövlət büdcəsinə nə qədər pul yığıldığını təsəvvürünüzə belə gətirə bilməzsiniz.
İndi kim sadaladığım qətliamlara oxşar müsəlmanların törətdiyi bir qətliamı göstərə bilər? Kim deyə bilər ki, qan axıtmaqla siyasət yürüdən ölkələr humanist və demokratik ola bilər?

Araşdırmanı apardı
Tural Əli
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930