Henri Kissincerdən dəhşət dolu müharibə açıqlamaları
Mьəllif: admin1
Tarix: 16-04-2014, 18:22
Bцlmə: Bilirsinizmi?
Henri Kissincerdən dəhşət dolu müharibə açıqlamaları


"7 Yaxın Şərq ölkəsini ABŞ-ın tabeçiliyən götürmək qərarına gəlmişik"
1969-1974-cü ildə Amerikanın dövlət katibi olmuş, ölkənin xarici siyasətinin memarlarından hesab edilən Henri Kissincer Yaxın Şərqdə baş verən hadisələr barədə "Daily Squib" qəzetinə 2011-ci ildə müsahibə verib və onun açıqlamaları yenidən mediada işıqlandırılıb. Müsahibənin Azərbaycan oxucuları üçün də maraq kəsb edəcəyini nəzərə alıb, onu ixtisarla dərc edirik. Kissincerin açıqlamasından açıq şəkildə görünür ki, bu gün Yaxın Şərqin qan gölünə çevrilməsi məhz ABŞ-ın ssenarisidir. Amma qəribədir ki, öncədən planlaşdırılmış bu qanlı olaylar demokratiya kimi ictimaiyyətə sırınır. Müsahibəyə diqqətlə baxdıqda tam əminliklə söyləmək mümkündür ki, bu gün Əfqanıstanda, İraqda, Pakistanda, Misirdə, Livanda, Liviyada və Suriyada baş verən proseslər, axıdılan qanlar sadəcə işğalçılıq prinsipi, təbii sərvətlərin ələ keçirilməsi siyasətidir.

FaktXəbər-in məlumatına görə, siyasətçi hesab edir ki, ABŞ Çin və Rusiyanın təsirini minimumlaşdıracaq və onların tabutunun qapağının sonuncu mismar, İsrailin əsas hədəfi İran olacaq: "Biz Çinə öz hərbi potensialını artırmağa imkan verərək, Rusiyaya Sovet İttifaqının dağılmasından sonra özünə gəlməsinə şərait yaratdıq, lakin bütün bunlar onların sonunu sürətləndirmək üçün idi".

Kissincer qeyd edib ki, qarşıdakı müharibə o qədər ciddi olacaq ki, yalnız bir supergec onu uda bilər və bu, ABŞ-dır. Məhz buna görə də, ona elə gəlir ki, Avropa İttifaqı öz güc mərkəzini formalaşdırmaqda tələsir, çünki gələcəkdə nə baş verəcəyini hiss edib. Onun fikrincə, Avropanın yaşama şansı birgə olmaqdan keçir. "Mən bu ləzzətli anı arzulayırdım," - deyə Kissincer bildirib.

O qeyd edib ki, ABŞ öz hərbi qüvvələrinə Yaxın Şərqin 7 ölkəsini təbii sərvətlərinə görə özünə götürmək barədə tapşırıq verib və bu barədə işlər artıq yekunlaşmaq üzrədir: "İran əslində bu sahədə balansı pozur. Çin və Rusiya isə sadəcə baxırlar. İranla müharibə onları dəfn edəcək. Böyük rus ayısı və Çin əjdahası qəflət yuxusundan ayılacaq və bu zaman İsrail var gücü ilə mübarizə aparmağa məcbur olacaq və daha çox ərəb öldürmək lazım gələcək."

Kissincer ümid edir ki, hər şey planlaşdırılmış ssenari üzrə gedəcək və Yaxın Şərqin yarısı İsrailin olacaq. O şübhə etmir ki, ABŞ və Qərb ölkələrinin gəncləri küçəyə çıxıb "axmaq" ruslar və çinlilərə qarşı mübarizə aparacaqlar, yaxşı proqramlaşdılrılmış "Call of Duty" və "Warfare 3" kompüter oyunlarında olduğu kimi əmrlərə tabe olacaqlar.

Onun proqnozlarına görə, yeni qlobal müharibə dünyanın böyük hissəsini kül xarabalığına çevirəcək və bu külün yerində ABŞ yeni cəmiyyət quracaq, yalnız bir supergüc qalacaq və bu qlobal hökumət qalib tərəf olacaq: "Birləşmiş Ştatlar heç kəsin sahib olmadığı və görmədiyi ən yaxşı silahlara malikdir və biz lazım gələndə bu silahları nümayiş etdirəcəyik."
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031