Bəndər Bin Sultan kimdir?
Mьəllif: admin1
Tarix: 16-04-2014, 18:17
Bцlmə: Bilirsinizmi?
Bəndər Bin Sultan kimdir?


Bəndər bin Sultan, ərəb coğrafiyasının bəlkə də ən təhlükəli adamıdır

Bu şəxs 22 il ölkəsi Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri vəzifəsində çalışıb. ABŞ-da hər kəsi yaxından tanıyır.

ABŞ-ın dünyadakı bütün pis işlərin maliyyəsini təmin edib. 2005-ci ildə ölkəsinə döndü və özü üçün qurulan Milli Təhlükəsizlik Şurasının başına gətirildi. Keçən il isə kəşfiyyat idarəsinin rəhbəri təyin edildi. Son bir ildə bölgədə yaranan hər hadisənin altından bu adam çıxır. İraqda ardıcıl partlayan bombalar, Səudiyyənin Misirdə baş verən hərbi çevrilişi dəstəkləməsi, Qətərdə iqtidarın dəyişməsi, 7 iyulda Suriyalı müxaliflərin başına Səudiyyə tərəfdarı Əhməd Carbanın gətirilməsi, Livanda "Hizbullah" əleyhdarı cəbhənin güclənməsi və Suriyada məzhəb döyüşünün qızışdırılması... Və başqa daha nələr, nələr...

Səudiyyə Ərəbistanı və Qətər, bölgədə vahhabi məzhəbi ilə idarə olunan iki ölkədir. Səudiyyə Ərəbistanı fanatik, Qətər isə bir az daha yumşaq tərəf kimi təmsil olunur. Misirdə "Müsəlman Qardaşlar"ın iqtidardan salınması və Qətər kralının iqtidarı zəruri olaraq oğluna təhvil verməsi ilə fanatiklərin, yəni Bəndərin qazanması kimi görünür.

Bu "əl-Qaidə" və "Taliban"ı quran, İraqın işğalı və orada axan qanın səbəbkarlarından biri olan, indi də Suriyada və oradan da bütün bölgədə məzhəb və etnik döyüşü qızışdıran şəxsdir.

Belə bir vəziyyət, Bəndər, eləcə də onun təmsil etdiyi vahhabi məzhəbinin arxasındakı imperialist və sionist güclərin xeyrinədir .

Çünki belə bir döyüş vəziyyəti; İraqdan sonra Suriya, Livan, İran və Türkiyədə insanların bir-birini qırmasını təmin edəcək...

Bəndər bunu çox yaxşı bacarır. Bəndər və təmsil etdiyi klassik, fanatik və primitiv anlayış Türkiyə və türklərə tarix boyunca nifrət etmiş və edəcəkdir.
Misirdə yaranmış indiki vəziyyət bu güclərin istəklərinin son nümunələrindəndir.

Suriyada demokratiya və şəriət höküməti adı ilə mübarizə aparan bütün terroristlərə dəstək verən Bəndər bu mövzuda Türkiyə ilə əməkdaşlıq etsə də, Misirdə demokratiya ilə iqtidara gələn və Ərdoğanın ən əhəmiyyətli müttəfiqi olan "Müsəlman Qardaşlar"dan xilas olmaq üçün əlindən gələn hər şeyi etdi və edir.
Lakin Bəndər ilk öncə Suriya işini həll etməlidir.

Odur ki, o fərdi olaraq idarə etdiyi Suriyadakı bütün radikal terrorçu qruplara geniş dəstək verərək onlardan şiələrə qarşı qanlı qətiamlar törətmələrini istəyir. Son 4 gün ərzində Lazkiyə bölgəsinin kəndlərində yaşanan qətliamlar bu istəyin bariz nümunəsidir. "Nusra" və buna bənzər terror təşkilatlarına yeni silahlar verən və onlara milyonlarla dollar axıdan Bəndər mümkün qədər ən qısa zamanda Suriyada bir şiə-sünni döyüşünün başladılması üçün inanılmaz səylər göstərir.
İraqdan sonra belə bir düşmənçiliyi və qanlı qırğını reallaşdırmağı planlayan Bəndər Livanı da unutmayıb. Bu gün Livanda hər an bir şiə-sünni qarşıdurması üçün inanılmaz planlar hazırlanır. Görünən odur ki, bu şeytan xislətli şəxs bu coğrafiyada heç kimə acımayacaq. Eyni zamanda Osmanlının varisi Türkiyəyə isə heç acımaz. İran isə düşmənin başıdır.

Hal-hazırda Suriyanın şərqində davam edən kürdlər ilə "Nusra", ASO və "əl-Qaidə" qrupları arasında gedən qanlı qarşıdurmalarda da həmişə Bəndərin barmağı olub. Bəndərin Suriya müxalifətinin başına gətirdiyi Əhməd Carba bu bölgədə yaşayan və İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanında 3 milyona qədər mənsubu olan Şammar tayfasındandır. Odur ki oyun çox böyükdür.

Bəndər, ABŞ və Tel-Əvivdəki dostları adına bu coğrafiyanı pərişan etmək üçün hər şeyi edəcək. Buna heç kimin şübhəsi belə olmasın. Zaman keçdikcə bunu hər kəs mütləq görəcəkdir.

Ayrıca Bəndərin bunu bacarmaq kimi bir məcburiyyəti vardır. Yoxsa onun da sonu misirli Ömər Süleyman ilə eyni olacaq. Ömərin, Misir Kəşfiyyat rəisi və 30 il ABŞ ilə İsrailin dostu olaraq bu coğrafiyanın bütün çirkli işlərində payı var idi. Hüsnü Mübarək yıxılmamışdan qabaq onu köməkçisi təyin etsə də, çevrilişə görə yeni masada otura bilmədi. Sonra da bir gün qrip adı ilə müalicə olmaq üçün ABŞ-a getdi, amma gül ağacından düzəldilmiş səviyyəli bir tabut içində geri döndü. Öz əcəli ilə öldüyünü dedilər. Həm də bütün sirləri ilə birlikdə! Ruhunu ABŞ-a satan hər kəs kimi.

Rasthaber.com
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930