Fiziklər kvant nəzəriyyəsinin mahiyyəti barədə müxtəlif fikirdədirlər
Mьəllif: admin1
Tarix: 16-04-2014, 20:26
Bцlmə: Bilirsinizmi?
Fiziklər kvant nəzəriyyəsinin mahiyyəti barədə müxtəlif fikirdədirlər


Kvant mexanikası bir çox müasir texnologiyaların əsasında durur: lazerlər, yüksək keciricilər, kriptoqrafiyadan tutmuş hesablayıcı qurğularadək. Bu, nəzəriyyənin çox yaxşı və inanılmaz dəqiqliklə yoxlanılmış olmasından irəli gəlir.

Eyni zamanda kvant mexanikası sahəsində məsələlər heç də birmənalı deyil və əsas mübahisə doğuran suallardan biri - bu nəzəriyyənin varlığın təbiətinin izahı haqqında olan interpretasiyasıdır.

Anton Salinger və onun Vyana universitetindən (Avstriya) olan həmkarlarının ixtisaslaşdırılmış konfransda iştirak edən 33 fizik, filosof və riyaziyyatçıların arasında apardıqları sorğu bu nəzəriyyənin həqiqətən də müzakirəvi olduğunu çox gözəl əks etdirir.

Respondentlər bu sahənin biliciləri olduğundan, onların kvant mexanikası və fizikanın əsaslarının müzakirəsində həmfikir olacaqlarını gözləmək olardı, lakin, belə olmadı. Məsələn: “Fiziki obyektlər fəza ölçülərindən asılı olmayaraq əvvəlcədən müəyyən olunmuş xüsusiyyətlərə malikdirlərmi?” sualına 48% “xeyr”, 52% “bəli”, bəzi hallarda 3% “bəli, həmişə” cavabını verdilər. 9% isə necə cavab verəcəklərinə seçim edə bilmədilər (bir neçə variant seçmək olardı).

Kvant mexanikasının sevimli interpretasiyası haqqında suala on iki variantda cavab təklif olunmuşdu. Bunların arasında ən populyarı Hopenhagen variantı (42%), umümdünyəvi (18%) olmuşdu. Məsələyə yanaşma nöqteyi-nəzərini bir neçə dəfə dəyişdirdiyini etiraf edənlər 21% təşkil etmişdi, bir nəfər isə fikrini bəzən gün ərzində hətta bir neçə dəfə dəyişdirdiyini bildirmişdi.

“Nə vaxt işçi və faydalı kvant kompüteri yaradılacaq?” sualı isə çox maraqlı cavablar toplusu ilə üzləşdi. Yalnız 9% bunun 10 il müddətində həyata keçəcəyini ehtimal etdiklərini bildirdilər, 15% isə bu möcüzənin baş verəcəyinə ümumiyyətlə inanmırlar. 42% “10-25 il sonra”, 30% isə “25-50 il sonra” cavablarını seçdilər.

Görünür kvant fiziklərinin öz aralarında eyni bir fikrə gələcəklərinə inanmaq çox yanlış olardı. Cənab Saylinger və onun həmkarları belə bir nəticəyə gəlmişlər: “Nəzəriyyənin artıq 90 il mövcud olduğuna baxmayaraq, indiyədək elmi cəmiyyətdə onun fundamental əsaslarının müzakirəsində heç bir razılıq əldə olunmamışdır. Buna baxmayaraq, “kvant nəzəriyyəsinin dəqiq riyazi əsaslar üzərində qurulduğunu heç kəs inkar etmir”. Bu nəzəriyyənin təbiət elmlərinin öyrənilməsində çox böyük əhəmiyyəti var, eyni zamanda proqnozlaşdırmada fenomenal xüsusiyyətlərə malik olan bu nəzəriyyənin həmçinin müasir texnoloji qurğuların yaradılmasında vacib rolu danılmazdır.

Günel Hüseynli,
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930