RİBA (Sələm)
Mьəllif: admin1
Tarix: 13-04-2014, 18:50
Sələmdən çəkindirmək


Allahın Peyğəmbəri (s):«Allah-taala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə Lənət etmişdir.»
Allahın Peyğəmbəri (s):«Merac gecəsi elə bir xalqın üzərindən keçdim ki, onların ev böyüklüyündə və içində kənardan görünən ilanlar olan qarınları var idi.»Soruşdum:«Ey Cəbrayıl! Bunlar kimlərdir?» Dedi:«Bunlar sələm yeyənlərdir.»
İmam Baqir (ə):«Ən çirkin qazanc sələmdir»
İmam Sadiq (ə):«Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.»
İmam Sadiq (ə):«Bir dirhəm sələm, Allahın yanında yetmiş dəfə öz mərhəmətləri ilə Allahın hörmətli evi Kəbədə zina etməkdən daha ağır günahdır.»

Sələmin haram edilməsinin hikməti
İmam Sadiq (ə) (Hişam ibn Həkəmin sələmin haram edilməsinin səbəbi barədə sualına cavabından): «Əgər sələm halal olsaydı, insanlar ticarəti və yaşayışları üçün qazanc dalınca getməyi tərk edərdilər. Beləliklə, Allah-taala sələmi haram etdi ki, insanlar haram yeməkdən əl çəkib ticarətə, alış-verişə üz tutsunlar və mallarının artığını bir-birinə borc versinlər.»
İmam Sadiq (ə) (sələmin haram edilməsinin səbəbi haqda sualın cavabında): «Səbəbi budur ki, insanlar bir-birinə yaxşılığı əsirgəməsinlər.»

Sələmə qurşanmağın amilləri
İmam Əli (ə):«Ey insanlar! Əvvəl əhkam, sonra ticarət! Allaha and olsun, bu ümmətin arasında sələm qara daşın üzərində gəzən qarışqadan daha gözəgörünməzdir.»
İmam Əli (ə):«Dinin hökmlərini bilmədən ticarət və qazancla məşğul olan özünü sələmin uçurumuna atmışdır.»

Sələmi halal bilən sələmxor Allahla müharibəyə çıxmışdır
Quran:
«Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»
İmam Sadiq (ə) (bir kişinin sələm yeməklə məşğul olduğunu və bunun adını «liba» qoyduğunu eşitdikdə buyurmuşdur): «Əgər Allah-taala məni ona hakim etsəydi, onun boynunu vurardım.»
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031