Günün hədisi: Zalımların əlamətləri
Mьəllif: admin1
Tarix: 6-02-2019, 13:50
Günün hədisi: Zalımların əlamətləri
İmam Əli (ə):

لِلظَّالِمِ مِنَ الرِّجَالِ ثَلَاثُ عَلامَاتٍ: يَظْلِمُ مَنْ فَوْقَهُ بِالْمَعْصِيَةِ وَ مَنْ دُوْنَهُ بِالْغَلَبَةِ وَ يُظَاهِرُ الْقَوْمَ الظَّلَمَةَ

Zalımın üç əlaməti vardır:

1. Özündən üstün şəxslərə qarşı çıxaraq zülm edər;

2. Tabeçiliyində olanlara zor tətbiq edər;

3. Zalımlara (sözü, rəftarı və malı ilə) yardım edər.

(“Nəhcül-bəlağə”, qısa kəlamlar 342.)

Qısa izah

Qəddarlıq, zorakılıq və zülmkarlıq ruhiyyəsini özlərində formalaşdıran kəslər bütün hallarda öz mənfur xüsusuiyyətlərini büruzə verdəcək, tabe olduqları yüksəkrütbəli şəxslərlə müxalifətçilik edərək göstərişlərnə boyun əyməyəcək, öz tabeçiliyindəkilərə isə qüdrətə sahib olduqları üçün zor tətbiq edəcək, onlara da haqsızlıq edəcək, özü ilə həmfikir olanları da zalımların arasından seçəcəkdir.

(Maide.az)
Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031