Dinin mənşəyi ilə bağlı yanlış təhlilə cavab
Ağıl və fitrətin hidayətinə əsasən, Allahşünaslıq həqiqətinə qarşı olan bir qrup din müxalifləri deyirlər: "Allaha imanın kökü cəhalətdir! İnsanların başına səbəbini bilmədikləri problem və hadisələr gəlir.
Harada və nə vaxt onuun elmi açıqlamasını bilmədikləri zaman özləri üçün bir Allah təsəvvür edib və deyirdilər ki, bu, Allahın işidir". Məsələn, günəş tutulması, ay tutulması, zəlzələ və digər hadisələrin səbəbini bilmədiklərinə görə, qarşılarında bir Allah təsəvvür edirdilər və deyirdilər ki, bunlar Onun işidir. Ona görə də Allah adlı bir məsələ gündəmə gəldi! Həqiqət budur ki, demək lazımdır: "Bu sözlərin günləri keçdi və əvvəldən də alıcıları yox idi, çünki: 1_ Allaha imanın kökü təbii hadisələrin səbəblərini bilməməkdirsə, hər kəsin cəhaləti nə qədər çoxdursa, iman da bir o qədər çox olmalıdır! 2_ Əgər Allaha inanmanın kökü cəhalətdirsə, səmavi kitablar insanları cahilliyə təşviq etməlidir! Əgər Quran elmin fəzilətini və əhəmiyyətini bir neçə ayədə bəyan etmişsə, insanları onu öyrənməyə təşviq etmişdir. “Eləcə də sizə qalxın! deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın.” (Mücadələ, 11). “De heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” (Zümər, 9). 3_ Əgər Allaha imanın kökü cəhalətdirsə, din rəhbərləri cahil insanlar olmalıdırlar, halbuki onlar hamıdan daha alimdirlər. 4_ Allaha imanın kökü cəhalətdirsə, kimin elmi artsa və cəhaləti azalsa daha imansız olmalıdır! İnsan bəzi hadisələrin səbəblərini dərk edən kimi Allaha inanmağı dayandırmalıdır. Bir halda ki, bəzi təbii səbəbləri kəşf edən Qaliley, Eynşteyn və İbn Sinalar kimilər Allaha inanırdılar. Doğrudan da, bir və ya bir neçə təbii qanunun kəşfi qanunvericiyə ehtiyacı aradan qaldırırmı? Aydındır ki, təbii qanunların kəşfi və varlığın sirlərini bilmək insanın Allaha yönəlməsində və ona iman gətirməsində çox təsirlidir. Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür. Oxşar xəbərlər
|