Hacətlərin qəbul olunması üçün 6 zikr
Mьəllif: Admin
Tarix: 28-02-2023, 11:26
Hacətlərin qəbul olunması üçün 6 zikr
Hacətlərin qəbul olunması üçün 6 zikr tövsiyə olunur:

1. İmam Rza (ə.s) buyurub: “Hər mömin şəxs bu adı (“Ya Məlik”) 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək oxuyarsa, xəlqdən ehtiyacsız olar, dünya və axirətdə zəngin olar”.

2. “Əstəğfirullahə Rabbi və ətubu iləyh”. Bu zikr ilə insanın günahları bağışlanar, ruzisi artar və hətta övlad sahibi olmağa kömək edər. Bu zikr nə gədər çox deyilsə, bir o qədər yaxşıdır.

3. İmam Rzadan (ə.s) nəql edilir: “Hər mömin şəxs səhər vaxtı təharətli əllərini göyə qaldırarsa və 19 dəfə xalis niyyətlə, Allaha və mənasına diqqət edərək, “Ya Basit” deyərsə və əllərini üzünə çəkərsə, heç bir zaman möhtac olmaz. Yoxsulluq qəmindən nicat tapar və güman etmədiyi yerdən ona nemət çatar və ruzisi çoxalar”.

4. İmam Sadiq buyurub (ə.s): “O kəs ki, 1000 dəfə deyər: “Lə həulə və lə quvvətə illə billəh”, Allah Kəbə ziyarətini onun ruzisi qərar verər, əgər ölümü yaxınlaşarsa, Allah onu təxirə salar o zamana qədər ki, həcci ruzisi qərar verər”.

5. Peyğəmbər (s) buyurub: “Beş şey tərəzidə nə qədər də ağırdır: təsbihati-ərbəəni (Subhənəllahi vəlhəmdu lillahi və lə ilahə illəllahu vallahu əkbər) demək…”.

6. Ruzinin artması üçün “Ya Ğəfur, ya Vədud” zikrini 77 dəfə demək tövsiyə olunur.



Mənbə: İslamazeri.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031