Bəndə bu zikri dedikdə mələklər ona salam deyər
Mьəllif: Admin
Tarix: 7-04-2022, 12:33
Bəndə bu zikri dedikdə mələklər ona salam deyər
Quran ayələrində Allahın Peyğəmbərə (s) müraciəti və təvəkkül göstərişi səkkiz dəfə, səcdə göstərişi iki dəfə, istiğfar göstərişi səkkiz dəfə, ibadət göstərişi beş dəfə, Allahın zikri göstərişi beş dəfə, təkbir göstərişi iki dəfə, təsbih göstərişi isə on altı dəfə xatırladılmışdır.

Peyğəmbərin (s) daim Allahı düşünməsi üçün müxtəlif hallarda təsbih göstərişi verilmişdir:

1. “Günəş doğmamışdan və batmamışdan əvvəl...”

2. “Gecə vədəsində və günorta radələrində...”

3. “...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et.”

4. “Yuxudan qalxdıqda və başqa vaxtlar Rəbbini həmd-səna ilə zikr et.”

Bütün bunlar “subhanəllah” zikrinin əhəmiyyətini açıqlayır və insanın əməl, düşüncəsində onun təkmilləşdirici rol oynamasını bəyan edir.

İmam Səccad (ə) buyurur: “Bəndə “subhanəllah” dedikdə bütün mələklər ona salam deyərlər.”




Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031