Qızların yaxşı ailə qurması üçün dualar – Məsumların (ə) tövsiyələri
Hədislərimiz qızların yaxşı ailə qurmaları üçün bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:
1. Bəxtin açılması üçün “Ya Lətif” zikrini gündə 129 dəfə demək lazımdır. 2. “Nur” surəsinin 32-ci ayəsini azan verilən zaman oxumaq lazımdır. 3. “Yasin” surəsinin 13-cü ayəsini kağıza yazmaq, gülabla yumaq və suyunu içmək lazımdır. 4. 40 gün hər vacib namazdan sonra bir salavat demək və ardınca “Ənbiya” surəsinin 89-cu ayəsini 7 dəfə oxumaq lazımdır. 5. Bəxtin açılması üçün bu ayələri yazıb boyundan asmaq lazımdır. a) “Fəth” surəsinin 1-2-ci ayələrini. b) “Nəsr” surəsinin hamısı. c) “Rum” surəsinin 21-ci ayəsini. d) “Maidə” surəsinin 33-cü ayəsini. e) “Qəmər” surəsinin 11-12-ci ayələrini. ə) “Taha” surəsinin 25-27-ci ayələrini. f) “Kəhf” surəsinin 99-cu ayəsini. g) “Tövbə” surəsinin 128-129-cu ayələrini. 6. “Fatir” surəsinin 41-ci ayəsi 40 gün, gündə 40 dəfə oxunmalıdır. 7. “Furqan” surəsinin 74-cü ayəsini çoxlu oxumaq. Allah Təala cəmi subaylara nəcib və təqvalı həyat yoldaşı nəsib etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|