4 şeydən qorxanın 4 kəlməyə pənah aparması
Mьəllif: admin1
Tarix: 13-05-2024, 10:29
4 şeydən qorxanın 4 kəlməyə pənah aparması
İmam Sadiq (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, 4 şeydən qorxur və 4 kəlməyə pənah aparmır:

1. O kəs ki, qorxu ona qələbə çalar, bu zikrə pənah aparsın:

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ

HəsbunƏllahu və niməl-vəkilu
(“Ali-İmran” 173).

2. Qəmgin insanlar bu zikrə pənah aparsınlar:

لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ

Lə iləhə illə əntə subhənəkə inni kuntu minəz-zalimin.
(“Ənbiya” 87).

3. O kəslər ki, hiylə və fırıldağa məruz qalıblar – bu zikrə pənah aparsınlar:

أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

Ufəvvizu əmri ilə Allahi innə Allahə bəsirun bil-ibədi
(“Ğafir” 44).

4. O kəslər ki, dünyanı və dünyanın gözəlliklərini istəyirlər – yaxşı olar ki, bu zikrə pənah aparsınlar:

مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ

Məşəllahu lə qüvvətə illə billah.
(“Kəhf” 39).

Beləliklə, mübarək dinimiz insanın psixoloji problemlərinin aradan qaldırılması üçün ən yaxşı və effektiv həll yollarını məhz zikrə pənah aparmaqda görür.

Belə ki, İlahi Kitaba əsaslanan zikrlər insanın əsil qüvvəyə əsaslanmasını, həqiqi qüdrətdən güc almasını təmin edirlər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031