Gürcüstanın baş naziri Müqəddəs Ramazan ayının başlanması ilə bağlı müsəlmanları təbrik edib
Mьəllif: admin1
Tarix: 29-06-2014, 01:23
Bцlmə: Xəbərlər » Qafqaz
Gürcüstanın baş naziri Müqəddəs Ramazan ayının başlanması ilə bağlı müsəlmanları təbrik edib
Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə yaşayan bütün müsəlmanları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin köməkçisi Savalan Mirzəyev məlumat verib. “Baş nazir rəsmi şəkildə Gürcüstanda yaşayan bütün müsəlmanlara müraciət edib və onlara Ramazan ayının başlanması münasibəti ilə səmimi qəlbdən təbrik ünvanlayıb: “Gürcüstanda yaşayan bütün müsəlmanları Müəqddəs Ramazan ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ramazan ayı hər bir müsəlman ailəsi üçün çox müqəddəsdir və bu müqəddəs ayda hər bir ailəyə sülh, əmin-amanlıq, sağlamlıq, xoşbəxtlik və xoş günlər arzulayıram. Biz bir ölkənin oğullarıyıq və mən inanıram ki, hər biriniz gücünüzü ölkəmizin quruculuğunun inkişafına və irəli getməsinə yönəldəcəksiniz. Biz hamımız bütöv və güclü, eyni zamanda çiçəklənən Gürcüstanda yaşayırıq”, deyə baş nazir bildirib. APA
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031