İmam Hüseyn(ə) mövludu kilsədə qeyd olundu
Mьəllif: admin1
Tarix: 3-06-2014, 12:45
Bцlmə: Xəbərlər » Qafqaz
İmam Hüseyn(ə) mövludu kilsədə qeyd olundu
Müsəlmanların 3-cü imamı olan Həzrəti Hüseynin (ə) mövlud günü Bakı şəhərində böyük coşqu ilə qeyd olunub. Paytaxtda bir çox məscid və mərasim zallarında bu məqsədlə məclislər təşkil edilib.

AzadXeber.net-in verdiyi məlumata görə, İmam Hüseynin (ə) mövlud günündə bir qrup dindar qeyri-adi addım atıb. Onlar bayram şənliyini müsəlmanlarla deyil, məhz xristianlarla qeyd etməyə üstünlük verib. Bakıda 28 may metrosu yaxınlığında yerləşən kilsəyə üz tutan inanclı şəxslər rahibləri Həzrəti Hüseyn barədə məlumatlandıraraq onlara hədiyyə veriblər. Müsəlmanların xristianlara qarşı xoşməramlı mövqeyini görən kilsə rəhbərliyi bunu böyük sevinclə qarşılayıb.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31