Bunu qaynadıb içsəniz…
Mьəllif: admin1
Tarix: 4-04-2016, 08:34
Bцlmə: Xəbərlər
Bunu qaynadıb içsəniz…
Alimlər zoğal şirəsinin ürək xəstəliyinə yaxalanmaq riskini yarı-yarıya azaltdığını açıqlayıblar.

Amerikalı araşdırmaçıların fikrincə, gündə iki stəkan zoğal şirəsi içərək ürək xəstəliklərindən qorunmaq olar. 56 nəfərin iştirak etdiyi araşdırma zamanı iştirakçılardan 28 nəfərə gündə iki stəkan zoğal şirəsi içirilib, 28 nəfər isə normal şəkildə qidalanıb.

Səkkiz həftə sonra iştirakçıların qan təzyiqi, şəkəri və karbohidrat dəyərləri ölçülüb. Nəticədə zoğal şirəsinin xolesterin səviyyəsini aşağı saldığı, qan təzyiqini sabitləşdirdiyi sübut edilib.

Zoğal şirəsini hazırlamaq elə də çətin deyil. 500 qram zoğalı təmizləyib yuyun. Qazana töküb üzərinə 1 stəkan su əlavə edin. Ocağa qoyub qaynadın. Qaynadıqdan sonra suyunu süzün, qalan zoğalları əzib suya qarışdırın.

Gündə bir və ya iki dəfə bu şirədən için.
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031