Həbib ibn Muzahirin qəbrinin zərihinin açılış mərasimi keçirilib
Mьəllif: admin1
Tarix: 11-03-2016, 20:33
Bцlmə: Xəbərlər
Həbib ibn Muzahirin qəbrinin zərihinin açılış mərasimi keçirilib
İmam Hüseyn (ə) müqəddəs ziyarətgahında İmamın səhabələrindən olan Həbib ibn Muzahir əl Əsədinin qəbrinin zərihinin açılış mərasimi ötən gün Kərbəla şəhərində keçirilib.

Maide.az xəbər verir ki, açılış mərasimində Kərbəla şəhərinin dini və ictimai şəxsiyyətləri iştirak ediblər.

Həbib ibn Məzahirin qəbrinin yeni zərihində 3 kq qızıl, 822 kq gümüş, 500 kq mis, 12 kub metr ağacdan hazırlanıb. Zərhin üzərində Quranın “Nur” suəri və Əhli – Beyt (ə) kəlamları ilə bəzədilib.

Yeni zərihin düzəldilməsində islami incəsənət nümunələri məharətlə işlənilib. Yeni zərih insanların yardımı ilə hazırlanıb. Onun hazırlanmasına 3 il vaxt sərf olunub və 10 gün öncə Kərbəla şəhərinə gətirilib və quraşdırılıb.

Qeyd edək ki, dəyişdirilən köhnə zərih 70 il öncə quraşdırılmışdı. /


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930