İslamofobiya əleyhinə afişalar Nyu-York metrosunda
Mьəllif: admin1
Tarix: 10-03-2016, 21:16
Bцlmə: Xəbərlər
İslamofobiya əleyhinə afişalar Nyu-York metrosunda
Müsəlman məzhəkəçi və film prodüseri Negin Farsad və Dean Ubeydullahın İslamofobiyaya qarşı satirik dillə hazırladıqları afişalar Nyu-York metrosuna asılıb.

"Beware: The Grup Are Coming - Diqqət edin: Müsəlmanlar Gəlir" adlı komediya janrındakı sənədli filmin prodüseri Farsad və Ubeydullahın müsəlmanlarla bağlı qərəzli fikirləri dağıtmaq üçün Nyu-York metrosuna asılmaq üçün hazırladıqları plakatlara nəhayət icazə verilib.

İslamofobiyaya qarşı mübarizə aparan müsəlman məzhəkəçilərin müsəlmanlarla bağlı maarifləndirici afişaları, 20 min dollarlıq layihə çərçivəsində Nyu-York metropoliteninin 144 stansiyasına asılıb.

Yumoristik dildən istifadə edilən afişalarda, "Bu terrorçuların hamısı dəlidir", "Müsəlmanlarla bağlı həqiqətlər. Xəstəxana konsepsiyasını müsəlmanlar kəşf etdi, Castin Timberleyki müsəlmanlar kəşf etdi "," Müsəlmanlar! Qəhvə, diş fırçasını və cəbri tapdılar" kimi ifadələr yer alır.

Nyu-York İctimai Nəqliyyat İdarəsi 2014-cü ilə qədər İslam əleyhinə plakatların asılmasına icazə verib. Keçən il qəbul etdiyi siyasi reklamların qadağan edilməsi qərarı İslamofobiyaya qarşı afişaların metro stansiyalarına asılamasına son qoyub.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930