Ayətullah Amuli: 19 yanvar dünya azərilərinin böyük bayramıdır
Mьəllif: admin1
Tarix: 16-01-2016, 10:06
Bцlmə: Xəbərlər
Ayətullah Amuli: 19 yanvar dünya azərilərinin böyük bayramıdır
Ərdəbilin imam cüməsi 19 yanvarı dünya azəriləri üçün böyük bayram adlandıraraq, deyib ki, dünya azərilərinin başucalığı bundadır ki, öz əsllərini unutmasınlar.

Vəliyyi Fəqihin Ərdəbil ostanındakı nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazı xütbələrində azərilərin SSRİ-nin dağılması ilə əllərində Quran, öz tarixi vətənlləri və ana torpaqlarına tərəf yola düşdükləri 19 yanvar barədə geniş surətdə söhbət edib.

Ayətullah Amuli deyib: Onlar İrana tərəf axışmaqla tarixi vətənə aid olduqları və dini mahiyyətlərini elan etdilər. Bu gün, Azərbaycanın böyük xalqının tarixi vətənə axışmaq üzrə dirçəliş günüdür.

O, sonra deyib: 19 yanvar mərasimi dünya azəriləri ilə əlaqə və həmin dəyərli hərəkətin yüksək qiymətləndirilməsi üçün keçirilir.

Ərdəbilin imam cüməsi əlavə edib: Bu mərasimin keçirilməsi dini və mənəvi bir vəzifədir və bu gün, milli bayram kimi keçirilməlidir. Bu gün, dünya azərilərinin kökləri, əsllikləri və mahiyyətərinin nümayişi günüdür.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930