Ayətullah Xamenei: İngilislər şiə-sünni arasında ixtilaf və müharibə salmaqda çox ustadırlar
![]() Bunu Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei ölkədə keçirilmiş İslam Birliyi Konfransının iştirakçıları ilə görüşərkən bildirib. Ayətullah Xamenei qeyd edib ki, Amerika rəsmiləri İslamın özü ilə müxalifdir: “Onların şiə-sünni məsələsi barədə fikir irəli sürməsi və bəzi təriqətlərə dəstəyi barəsindəki bəyanatları yalandır. Onlara aldanmaq olmaz. Amerika rəsmiləri müsəlmanlar arasında ixtilaf və nifaq salmaq niyyətindədirlər. İŞİD kimi terrorçu qruplaşmalar da Amerikaya bağlı olanların bilavasitə siyasi və maddi dəstəyi ilə yaradılıb”. nur-az.com Oxşar xəbərlər
|