İran Qarabağ məsələsinin həllinə köməyə hazırdır
Mьəllif: admin1
Tarix: 28-12-2015, 10:18
Bцlmə: Xəbərlər
İran Qarabağ məsələsinin həllinə köməyə hazırdır
İranın Azərbaycan Respublikasındakı səfiri Tehranın Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olmasından xəbər verib.

ISNA-nın məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin ANS telekanalının verilişində deyib ki, İranın Qarabağ məsələsinin həlli qarşısındakı siyasəti dəyişməyib və Tehran bu qənaətdədir ki, bu münaqişə ölkələrin ərazi bütövlükləri çərçivəsində, ədalətli surətdə və beynəlxalq qətnamələrin icrası yolu ilə həll olunmalıdır.

İranın Bakıdakı səfiri Türkiyə-Rusiya ixtilafları barədə də bu iki ölkənin İranın qonşusu və İranın hər iki ölkə ilə əlaqələrinin yaxşı və strateji olduğunu bəyan edərək, bildirib ki, İran İslam Respublikası terrorizmlə mübarizə tərzi barədə Türkiyə ilə müzakirə aparacaq və bu istiqamətdə iki tərəfin nəzərlərinin bir-birinə yaxınlaşmasına çalışır.

Pak Ayin eyni zamanda vurğulayıb ki, terrorizm reigon, o sıradan İran, Azərbaycan Respublikası və bütün Qafqaz ölkələri üçün bir təhdiddir və bu gün Rusiyanın terrorizmlə mübarizə aparması dəyərli bir hərəkətdir və o, dəstəklənməlidir.


sahartv.ir
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031