Qan azlığı olanlar bu məhsullardan istifadə etməlidir (Siyahı)
Mьəllif: admin1
Tarix: 12-11-2017, 20:36
Qan azlığı olanlar bu məhsullardan istifadə etməlidir (Siyahı)
Tərkibi dəmirlə zəngin olan qidaların siyahısını təqdim edirik. Xüsusən qan azlığından əziyyət çəkənlər bu qidaları çox yeməlidir.
Qırmızı ət Dəmir almaq baxımından ən gözəl yol qırmızı ət yeməkdir. Gündəlik dəmir ehtiyacı yaşa və cinsiyyətə görə dəyişir. Kişilərin gündəlik ehtiyacı 8 mq, qadınların 50 yaşa qədər 18 mq, daha sonra 8 mq-dır. Hamiəlik müddətində dəmir ehtiyacı artdığı üçün bu dövrdə gündəlik 27 mq dəmir qəbul etmək lazımdır.

Ağ ət “Qırmızı ət yemirəm” deyənlərdənsinizsə, üzülməyin. Hinduşka, toyuq, ördək kimi ev quşları da çox yaxşı dəmir qaynağıdır.

Tünd yaşıl rəngli tərəvəzlər Əgər ləzzətli bir qarnitur axtarırsınızsa, ispanaq, kələm, gül kələmi sizin üçün çox yaxşı dəmir qaynağı ola bilər.

Balıq Pəhrizinizə dəmir əlavə etməyin yollarından biri də balıqdır. Balıq yüksək protein, bol Omega 3 və yağ turşusu tərkiblidir. Xüsusən də tuna, sardalye, uskumru və mezgit dəmirlə zəngin balıqlardır. Bununla həm də ürək xəstəliklərindən qorunmuş olarsınız.

Paxlalılar Əgər vegeteriansınızsa, dəmir qəbul etməyinizin ən yaxşı yolu noxud, quru lobya, mərcimək kimi paxlalılardır. Onların tərkibindəki dəmirin daha yaxşı istifadəsini təmin etmək üçün suda saxlayın, sonra başqa suda qaynadın. Bu cür paxlalıların yanında taxıl bitkilər də yeyə bilərsiniz.

Taxıllar Xüsusən də səhər yeməklərində buğda, kəpək və yulaf qatqılı çörəklər yeyin. Dəmir ağ çörəklərə nisbətən tam taxıllarda daha yüksəkdir.

Yumurta Səhər yeməyində yaxşı qaynadılmış yumurta və yanında tam buğda çörəyi yeməklə bədəninizi dəmirlə zənginləşdirə bilərsiniz. Lakin bir şərtlə: yanında dəmir emalına mane olan qəhvə və ya çayı 40 dəqiqə sonra için və ya açıq çay için.

Bəhməz Xüsusən də qara tut bəhməzi dəmir qaynağıdır. 100 qram bəhməzin tərkibində təxminən 400 mq kalsium, 10 mq dəmir var.

Quru meyvə Dəmir baxımından zəngin quru üzüm, quru ərik, xurma, şaftalı arzuedilən quru meyvələrdir.


(Lent.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930