Məscidlərdən `Ya Hüseyn` bayraqlarını yığışdırmaq istəyirlər
Mьəllif: admin1
Tarix: 4-11-2015, 19:56
Bцlmə: Xəbərlər
Məscidlərdən `Ya Hüseyn` bayraqlarını yığışdırmaq istəyirlər
“Biz növbəti il üçün təkliflərlə çıxış edirik ki, məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul saymırıq”.

Maide.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunu Aşura günü ilə bağlı münasibət bildirərkən deyib.

M. Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və dövlət bayrağı ilə bağlı qanunu var: “Eyni zamanda növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə etmək yol verilən deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından icazə almalıdırlar. “Sərbəst toplaşmaq haqqında” qanun var və bu qanun “Dini etiqad azadlığı haqqında” qanuna ziddiyyət təşkil eləmir”.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930