İnqilab Rəhbərinin iştirakı ilə İmam Hüseyn (ə) əzadarlığı
Müəllif: Admin
Tarix: 22-10-2015, 10:13
İnqilab Rəhbərinin iştirakı ilə İmam Hüseyn (ə) əzadarlığı

Şiələrin üçüncü imamı, şəhidlər sərvəri Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onun vəfalı sirdaşlarının əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni (rə) hüseyniyyəsində keçirilib.

Səhər Beynəlxalq Televiziyasının İslam İnqilabının Böyük Rəhbərinin ofisinin informasiya portalına istinadla verdiyi məlumata görə, çərşənbə gecə məğrib və işa namazından sonra keçirilən bu mərasimdə minlərlə xalq kütləsi və İslam Respublikasının bir qrup rəsmisi də iştirak edib.
Bu mərasimdə Höccətülislam vəlmüslimin Siddiqi tarixi Aşura qiyamının məqsədləri və özəlliklərini bəyan edərək özünü fəda etməyi bu hadisənin qəhrəmanlarının bariz xüsusiyyəti adlandırıb və deyib: Həzrət İmam Hüseyn (ə) fədakarlıq və özünü fəda etməyin bayraqdarı idi və onun məktəbi əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) məktəbinin davamı idi.
Həmçinin bu mərasimdə Əhli-Beyt (ə) məddahları Aşura müsibətini yad edərək mərsiyyələr oxuyublar.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi bazar gününə qədər davam edəcək.

Sahartv.ir
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031