Ayətullah Xamenei: "Gəncləri ümidsizliyə sürükləmək ölkəyə xəyanətdir"
Müəllif: admin1
Tarix: 15-10-2015, 09:34
Ayətullah Xamenei: "Gəncləri ümidsizliyə sürükləmək ölkəyə xəyanətdir"

İslamazeri.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, Ayətullah Xamenei bu gün elmi sahədə istedadlı olan tələbələri qəbul edib. O, görüşdə rəsmilərə xitabən İran Müdriklər Qurumunun mühüm əhəmiyyətə sahib olduğunu qeyd edərək müqavimət iqtisadiyyatının ən mühüm məqamlarını məlumat əsaslı firmalar və gənclərin elmi sahədə mühüm rola malik olmaları kimi səciyyələndirib. Ayətullah Xamenei nitqini belə davam edib: "Məqsədlər, şüarlar, cəmiyyətin inqilab təşəbbüsü, müdrik gənclərin sayının artması və texnoloji və elmi sahədə təkan sayəsində İran gələcəkdə parlaq, müqtədir, inkişaf etmiş və həmçinin region və dünya üçün böyük mənəvi təsirlər qoyacaq ölkə halına gələcək. Gəncləri ölkənin indiki və gələcəkdəki vəziyyətindən ümidsiz etmək istəyənlər millət və ölkəyə böyük xəyanət etmiş sayılır. Elmi sahədə dünyada əldə etdiyiniz yüksək mövqe ölkənin təhlükəsizliyi sayəsində əldə edilib. Bu səbəbdən ölkənin təhlükəsizliyini qoruyan Şəhid general-mayor Həmədani kimi insanlara da borclu olduğumuzu bilməyimiz lazımdır." Gənclərə xitabən bir neçə səmimi tövsiyələr edən İranın Ali Dini lideri Ayətullah Xamenei müdrikliyin ilahi nemət olduğunu və bu nemətin şükürün yerinə yetirilməsinin lazım olduğunu söyləyərək 30 il ərzində İranın müharibə, sanksiya və bir çox embarqolara məruz qaldığına baxmayaraq dünyanın 2 faiz ölkəsi arasında yaxşı elmi mövqeyə malik olduğunu söyləyib.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031