İmam Rzanın(ə) məqbərəsi qaraya büründü
Mьəllif: admin1
Tarix: 14-10-2015, 17:20
İmam Rzanın(ə) məqbərəsi qaraya büründü

Zilhəccə ayının son günündə və Məhərrəm ayı ərəfəsində İmam Rzanın(ə) pak məqbərəsinin zərihi və bayrağı dəyişdirilib və məqbərə qaraya boyanıb.

İRİB-nin məlumatına görə, müqəddəs Rəzəvi ziyarətgahının ictimai əlaqələr şöbəsinin müdiri bu gün jurnalistlərə deyib: bu mərasim bu gün səhər yerli vaxtla saat 6-dan 7-yə kimi müqəddəs Rəzəvi ziyarətgahının müqəddəs məkanlar və xadimlər müavininin iştirakı ilə keçirilib.
Haşimi Abadi əlavə edib: Məhərrəm və əzadarlıq nişanəsi olan qara bayraq Rbiül-əvvəlin 3-nə kimi yəni İmam Rzanın şəhadətindən 3 gün sonraya qədər 63 gün müddətinə məqbərənin üzərində dalğalanacaq.
Həmçinin, Məhərrəm ayının ilk günü, səhər ənənəvi "Səlat" mərasimi şəhidlər ağasına iradətin nümayiş etdirilməsi məqsədilə hər il olduğu kimi zəvvarların iştirakı ilə İmam Rzanın(ə) pak məqbərəsində keçiriləcək.
Bu mərasimin davamında "Bu kədərli ay, ya Zeynəbin ayıdır, bütün insanlar vay Hüseyn deyir, Başsağlığı Yəbnəl-Hüseyn, Başsağlığı Yəbnəl-Hüseyn" deyərək insanlar 8-ci imamın pak məqbərəsinə doğru hərəkət edir.
İmam Rzanın(ə) pak məqbərəsinin xidmətçiləri "Yenə bu nə şövqdür" şerini səsləndirirlər.
Kərbəla hadisəsi və İmam Hüseynin(ə) qiyamı müqavimət dərsi, azadlıq məktəbidir. Elə bir dərsdir ki, bütün bəşəriyyət ona ehtiyaclıdır.

sahartv.ir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930