“Əsl İslam, Vilayəti-Fəqih xəttində və simasında təcəssüm olunub”
Mьəllif: admin1
Tarix: 16-09-2015, 09:15
Bцlmə: Xəbərlər
“Əsl İslam, Vilayəti-Fəqih xəttində və simasında təcəssüm olunub”

İraq Hizbullah lideri Seyyid Haşim Əl Heydəri çıxışı zamanı vilayəti-fəqih mövzusu ilə bağlı maraqlı məqamlara toxunub.



İslaminsesi.org İraq Hizbullah liderinin çıxışını sizlərə təqdim edir.



Əl-Heydəri çıxışı zamanı qeyd edib ki, Amerika, İsrail və İŞİD-in İran düşmənçiliyinin indiyə qədər İslam İnqilabının doğru istiqamətdə getdiyinin sübutudur. Bu amil İran İslam Respublikasının və Vilayəti Fəqihin qədrini bilməyimizin zəruriliyindən xəbər verir.



İraq Hizbullahı lideri Seyyid Haşim Əl-Heydəri, İslam İnqilabı Rəhbərinin ötən illər ərzində ilk dəfədir ki, imperialist və istismarçı qərb qüvvələrinin hədəfində yalnız İran və şiə olmadığını, bəlkə də İslamı yox etməyi düşündüklərini dilə gətirdiyini bildirib:



”Bizim inancımıza görə, bu gün əsl Məhəmmədi (s.a.a) İslamın həqiqi xətti, “Vilayəti Fəqih” xəttində və rəhbərin şəxsində təcəssüm olunmuşdur.



İran, İslamın mərkəzi və regionda müqavimət bayrağını qoruyan əsas dayaqdır. Müqavimət cəbhəsindəki mücahidlər əvvəlcə İran İslam Respublikasının quruluşunu, sonra öz ölkələrinin ərazilərini qorumalı olduqlarını nəzərdə saxlamalıdırlar.



Müqavimətin həqiqi islamın mənbəyindən qaynaqlandığını qeyd edən İraq Hizbullahı lideri, "İraqdakı müqavimət xəttin bir hissəsidir; əlbəttə, Səddamın, Həccacın, ya da Harun ər-Rəşidin dövründəki İraqı deyil, Səddamın devrilməsindən sonrakı İraqı, Vilayəti Fəqihlə rabitəli müqaviməti başlayaraq Amerikanı torpaqlarından çıxardan İraqı nəzərdə tuturuq. Keçmiş İraq müqavimət əleyhinə idi amma indi, bu sahədə yer alıb” – deyə bildirib.



İrana qarşı aparılan səkkiz illik müharibəyə toxunan Əl Heydəri, bunları bildirib:



“İraq, İmam Həsənin (ə) hökumətindən 1400 il sonra qurulmuş olan yeganə Şiə və İslami dövlətlə müharibə apardı. Bu səbəblə, iranlı qardaşlarıma müraciət edərək, İran İslam Respublikası və Vilayəti Fəqih qədrini bilmələrini qeyd etmək istəyirəm. 124 min peyğəmbər arasından yalnız üç nəfər dövlət sahibi oldu (Həzrət Yusif, Hz. Süleyman və Rəsulu Əkrəm (s.a.a)). İmam Əlinin (ə) hökuməti bu silsilənin dördüncü halqası idi ki, Səqifə hadisəsindən 24 il sonra baş vermişdi.

Dövrümüzün yeganə İslam dövləti isə hicri-şəmsi təqvimi ilə 1357-ci ildə qurulan İran İslam İnqilabıdır. Təəssüf ki, İraq, yeni yaradılan bu dövlətlə müharibə etdi, amma yeni İraq xalqı son nəfəsinə qədər müqavimət və Vilayəti Fəqih xəttində mübarizə aparmağa hazırdır.”

İran, İraq, Yəmən, Suriya başda olmaq üzrə, islami hövzələri bir-birindən ayırmağı müsəlmanlar arasında qəbul edilməyən şeylərdən biri kimi qiymətləndirən İraq Hizbullahı lideri bildirib ki, islam ölkələri arasında ortaq cəhətlər olduqca çoxdur və buna qarşı aralarındakı ixtilaflı nöqtələr yox deyiləcək qədər azdır;

Mədəniyyət, din, coğrafiya, ümumi düşmən bu ortaq nöqtələrdən bəziləridir. Dördüncü bir ortaq nöqtə, eyni taleyi bölüşmələridir. Başqa sözlə, əgər müsəlman millətlərdən biri təhlükəyə düşərsə digər müsəlman millətlər də ondan zərər görür.”

İslam İnqilabının qələbəsindən sonra, ABŞ-ın regiondakı imperialist planlarının hücum halından müdafiə halına keçdiyini bildirən Əl Heydərinin fikrincə, həqiqətən, bu gün Amerika və müttəfiqlərinin planları mümkün olan ən zəif haldadır, ancaq bu vəziyyət, müsəlmanların özlərini etibarda hiss edib sevinməsinə və səssiz qalib laqeyd qalmalarına səbəb olmamalıdır:

“Çünki, İslam İnqilabı rəhbərinin də dediyi kimi, düşmən bir an qəflətə düşməyimizi gözləyir. Amerika və istismarçı qüvvələr, İŞİD nümunəsində olduğu kimi, bütün imkanlarını işə salmış vəziyyətdədir. İraq Hizbullahı lideri, peyğəmbərin (s.ə.ə) İslam hakimiyyətini Mədinədə quraraq orada məskunlaşanda, özünə qarşı 80-dən çox müharibə edildiyini bildirərək, yəhudilər və Qüreyşin düşmənçiliyinin, müsəlmanların doğru istiqamətdə hərəkət etdiyini göstərdiyini qeyd edib:

“Bu gündə Amerika, İsrail və İŞİD-in İran düşmənçiliyi, indiyə qədər İran İslam Respublikasının doğru yolda hərəkət etdiyinin sübutudur və izlədiyi İslami xətt genişləndikcə, dərinləşdikcə düşmən də hücumları bir o qədər dərinləşdirərək qarşılıq verməkdədir”.

Bu gün düşmənin İslam ölkələrinə qarşı iqtisadi, mədəni, siyasi olmaqla çox istiqamətli bir müharibə apardığını deyən Əl Heydəri, "rəhbərin də xüsusi vurğuladığı uzaqgörənlik amili, olduqca əhəmiyyət kəsb edən mövzularından biridir və bu anlam düşməni tanımaq mühüm əhəmiyyət kəsb edir " – deyə vurğulayıb.

ABŞ-ın regionda nümayiş etdirdiyi ikili standarta toxunan Əl Heydəri qeyd edib ki, Amerika bir tərəfdən regionda demokratiyanın təsis edilməsini istədiyini iddia edərkən, Səudiyyə Ərəbistanda bir qadının maşın sürməsinə icazə verilmir:

“Amerikanın tutduğu digər bir ikili standart, başqa ölkələrin daxili işlərinə şəxsən özü müdaxilə etdiyi halda və hətta Qətər, Türkiyə və Ərəbistandakı müttəfiqlərinə müdaxilə etmə izni verməsinə baxmayaraq, müsəlmanların heç bir ölkənin daxili işlərinə qarışma hüququnun olmadığını bildirməsidir."

İŞİD-in məqsədi, İslamın simasını ləkələməkdir

Əl-Heydəri, çıxışının davamında, əksər şiə liderlərin, region ölkələrinin daxili işlərinə “müdaxilə etməmək lazımdır” fikri ilə razılaşaraq İslam peyğəmbərinin (s.ə.ə.) "müsəlmanların işlərinə əhəmiyyət verməyən şəxs müsəlman deyil" göstərişini unutduqlarını ancaq İslam İnqilabı Rəhbərinin çox açıq və böyük bir cəsarətlə "digər ölkələrin müsəlmanlarını, “daxili işlərimizə qarışmayın” desələr belə tərk etməyəcəklərini açıqladığını xatırladıb.

İŞİD-in Amerika, Ərəbistan və Sionizm tərəfindən qurulan bir hərəkət olduğunu vurğulayan Əl Hayderi, "İŞİD-in məqsədi, qətlə yetirmək, baş kəsmək və haram işləri tapdalamaq deyil; Bu hərəkatın yaranma məqsədi, İslamın simasını məhv etməkdir, Allah adına insanların başını kəsirlər və daxil olduqları cinayətləri virtual mühitdə İslam dini adına göstərirlər; İŞİD bu gün Avropa və Amerika ölkələrində İslamın həqiqi siması kimi dərk edilməkdədir” – deyə bildirib.

İslam İnqilabı Rəhbərinin bu istiqamətdə və islamofobiyaya qarşı, Avropa və Amerika gənclərinə ünvanlanmış tarixi məktubunu xatırlayaraq bildirib ki, Hizbullahçı və inqilabçı olaraq qarşımızda duran vəzifə, sözügedən məktubu diqqətlə araşdırıb istifadə etməkdir. Bu səbəblə, məktub, yenidən mövzu edilərək, haqqında daha çox düşünülməlidir.
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30