Azərbaycanlı rəssam Gürcüstan Rəssamlar Federasiyasının üzvü seçilib
Mьəllif: admin1
Tarix: 31-08-2015, 11:00
Bцlmə: Xəbərlər
Azərbaycanlı rəssam Gürcüstan Rəssamlar Federasiyasının üzvü seçilib

Gürcüstanda soydaşımız, rəssam Rizvan İsmayılov Tiflis Rəssamlar İttifaqının daxil olduğu Gürcüstan Rəssamlar Federasiyasının (GRF) üzvü seçilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə rəssamın özü məlumat verib. Onun sözlərinə görə, avqustun 28-də GRF-da keçirilən toplantı zamanı ona üzvlük vəsiqəsi təqdim olunub. Mərasimdə üzvlük sənədini Federasiyanın prezidenti, akademik Demur Başeleişvili təqdim edib.

"Mənim uğurum həmişə güvəndiyim el-obama məxsusdur. İndi mən 315 rəssamın üzv olduğu Gürcüstan Rəssamlar Federasiyasının ilk azərbaycanlı üzvüyəm. Bu əlamətdar hadisə ilə bağlı sevincimi hamı ilə bölüşürəm. Hiss edirəm ki, GRF-a üzv olmağım Gürcüstanda yaşayan və fəaliyyət göstərən rəssamlar üçün də uğurlu bir başlanğıc sayılacaq", deyə rəssam bildirib.

Qeyd edək ki, bu il rəssamın"Şərq müdriklərinin qonaqlığında" adlı rəsm əsərlərindən ibarət sərgisi Gürcüstan Parlamentinin Kitabxanasında böyük uğurla sərgilənib. Rəssam R. İsmayılov indiyədək 100-dən çox əsərin müəllifidir. Hazırda Marneuli şəhərində yaşayır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930