İraq mərceiyyəti ölkədəki etirazlara fikir bildirdi
Mьəllif: admin1
Tarix: 29-08-2015, 18:22
Bцlmə: Xəbərlər
İraq mərceiyyəti ölkədəki etirazlara fikir bildirdi

İslamazeri.az-ın "Əl-Aləm"-ə istinadən verdiyi xəbərə əsasən, İraq mərceiyyəti ölkədə baş verən etirazlar barədə fikir bildirib. Ölkə mərcəiyyətinin Kərbəla şəhərində olan nümayəndəsi və İmam Hüseynin (ə) hərəmində imam-cümə olan Şeyx Əbdulmehdi Kərbəlayi cümə xütbəsində belə bildirib: "Ölkənin işlərində islahalatlar aparmada uğur qazanmağın yollarından biri budur ki, ölkəni idarə edən siyasətçilərimiz xalqın fəsadla mübarizə, ictimai ədalətin bərpası və gözəl xidmət şüarlarını nəzərə alsın. Siyasətçilərimiz xalqın güvənini qazanmaq üçün ciddi addımlar atmalı və ölkədə islahatlar aparmaq istədiklərinin sadiqliyini isbat etməlidirlər. Xalqımız əməl olunmayan sözləri çox təcrübə etmişdir". Şeyx Kərbəlayi etirazçılara xitabən isə belə bildirib: "Öz tələblərinizi bildirərkən şüarları elə seçin ki, tələblərin haqq və yerində olduğunu bəyan etsin. Daxilimizdə olan fürsət gözləyənlərə, xalqımıza zərbə vurmaq üçün şərait yaratmayın və şüarların dəyişdirilməsinə icazə verməyin".
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031