Alimlərin tibb sahəsində yeni ixtirası
Mьəllif: admin1
Tarix: 19-08-2015, 12:53
Bцlmə: Xəbərlər
Alimlərin tibb sahəsində yeni ixtirası

Novosibirsk Kimyəvi Biologiya və Fundamental Təbabət İnstitutunun alimləri ilk dəfə olaraq qan analizlərində ağır ruhi pozulmalara meyilli xəstələri müəyyən etməyə imkan verən bioloji markerləri aşkar etməyə müvəffəq olublar. Söhbət şəxsi münasibətlərin pozulması və hətta intihara gətirib çıxaran maniakal-depressiv sindromdan gedir. Statistikaya əsasən, həmin xəstəlikdən planetin 1,4% əhalisi əziyyət çəkir. İnstitutun elmi əməkdaşlarından birinin fikrincə, düzgün diaqnozun qoyulması və nəticə etibarilə müalicə metodunun seçilməsi üçün bir analiz kifayət edəcək. Eksperiment ruhi pozulmaları olan 10 xəstə və 10 sağlam insanın üzərində aparılıb. Nəticədə bir neçə zülalların ekspressiya səviyyəsinin neyropsixi xəstəliyin mövcudluğu ilə birbaşa asılılığı müəyyən olunub. Xüsusilə bipolyar pozulması olan insanlarda 2 zülalın səviyyəsi azalıb. Onlardan biri infeksiyalarla mübarizəyə görə, digəri isə qalxanvari vəzinin pozulmalarına səbəb olan triyodtironinin nəqlinə görə cavabdehdir. (report)
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031