Misirdə hökumətə qarşı aksiyalar davam edir
Mьəllif: admin1
Tarix: 23-07-2015, 18:00
Bцlmə: Xəbərlər
Misirdə hökumətə qarşı aksiyalar davam edir

Misirlilər paytaxtın müxtəlif bölgələrində hökumət əleyhinə aksiyalar keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının ərəb medialarına istinadla verdiyi məlumata görə, misirli etirazçılar çərşənbə gecə bir neçə bölgədə aksiya keçirib və bu ölkədə hərbi hökumətin devrilməsi və qanuni hökumətin iqtidara qayıtmasını tələb ediblər.
Bu aksiyaların iştirakçıları məhbuslara qarşı çıxarılan edam qərarları, kənarlaşdırılmış prezident Məhəmməd Mursi və Müsəlman Qardaşlarının bir qrup digər rəhbərinin mühakimə olunması, həmçinin siyasi xarakterli həbsləri pisləyiblər.
Aksiyaçılar ordu və polis əleyhinə şüarlar səsləndirib və çevriliş hökumətinin devrilməsini istəyiblər.
Ötən gün də Misirin müxtəlif şəhərləri hökumətə qarşı aksiyaların şahidi olmuşdu.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31