Almaniyada ilk İslam bankı açılıb
Mьəllif: admin1
Tarix: 23-07-2015, 17:57
Bцlmə: Xəbərlər
Almaniyada ilk İslam bankı açılıb

Almaniyada İslami qaydalara görə işləyən ilk bank fəaliyyətə başlayıb. Bununla da ölkə faizsiz əsaslarda bankçılıq modeli ilə ilk dəfə tanış olub.

Beş ildir ki, nümayəndəlik statusunda və Küveyt Türk Bank AG adı altında Mannheim şəhərində işləyən bank, bundan bir müddət əvvəl tam bank fəaliyyəti üçün lisenziya alıb və Küveyt Türk İştirak Bankı adı ilə Almaniyadakı ilk şöbəsini Berlində açıb.

Baş mərkəzi İstanbulda olan bankın Almaniyadakı mərkəzinin "banklar şəhəri" kimi tanınan Frankfurt olması, həmçinin Almaniyadan sonra digər Avropa ölkələrində də filialların açılması planlaşdırılır.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930