Müsəlmanların qətliamı günü - "1 aprel zarafatı"
Mьəllif: admin1
Tarix: 1-04-2024, 12:58
Müsəlmanların qətliamı günü - "1 aprel zarafatı"
Bu iki kitaba and içirəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm”

XV əsrin sonlarında xristian ordusu İspaniyadakı Əndəlus müsəlmanlarının son qalasını muhasirəyə alırlar.

Uzun sürən mühasirədən sonra qış fəslinin də təsiriylə, qala işğal oluna bilmir.

Vəziyyətin çətinliyini anlayan xristian ordusunun komandiri dəyişik taktikalar düşünməyə başlayır.

Nəticədə 31 Mart gecəsi qalanın önünə gedərək bir əlində Quran, bir əlində İncil tutaraq "Bu iki kitaba and içirəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəyəm” deyir.

Əsas görüşmələrdən sonra canlarının amanda qalacaqları şərtiylə müsəlmanlar qalanı təslim edirlər.

Ertəsi səhər, yəni Aprel ayının 1-i xristian ordusu komandiri bütün müsəlmanların öldürülməsi üçün əmr verir.

Müsəlmanlar "and içmişdiniz, bizə söz vermişdiniz" iradlarını bildirdikdə xristian ordusu komandiri sözünün dünən gecə üçün keçərli olduğunu və "Bugün üçün sizə verdiyim andım yoxdur" deyir.

O gün bu gündür aprelin 1-i xristianlar arasında "Hiylə Günü", "Aldatmaq günü" olaraq qeyd olunmaqdadır.

Təəssüf ki, xalqımız arasında da yayılmış, minlərlə müsəlmanın qırğın günü olan 1 aprel, bir zarafat günü olaraq qeyd olunmaqdadır.
islamazeri.az

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930