Gürcüstanda etnik azlıqların sərgisi açılıb
Mьəllif: admin1
Tarix: 23-05-2015, 23:30
Gürcüstanda etnik azlıqların sərgisi açılıb

Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstanpaytaxtındakı Qafqaz Evində Dünya Mədəniyyətinin Rəngarəngliyi Gününə həsr olunmuş sərginin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən təşkil edilib.

Sərginin açılışında Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Qiorqadze, Gürcüstan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə Gürcüstandayaşayan etnik azlıqlar sayılan kistinlər, çeçenlər, osetinlər, azərbaycanlılar, yezidi kürdlər, ermənilər, yəhudilər, çexlər, almanlar və latviyalılar öz mədəniyyət nümunələrini, xalça və musiqi alətlərini təqdim ediblər.

Tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəhbərliyi adından nazir M. Qiorqadzeyə Nizami Gəncəvinin gürcü dilinə tərcümə olunmuş "Leyli və Məcnun” poeması kitabı hədiyyə edilib.

az.apa.az
Oxşar xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031