Tiflis şəhərinin meri: "Gürcüstanda turizmin inkişafı qonşu ölkələr üçün maraqlıdır"
Mьəllif: admin1
Tarix: 18-04-2015, 01:20
Tiflis şəhərinin meri: "Gürcüstanda turizmin inkişafı qonşu ölkələr üçün maraqlıdır"

Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanda turizmin inkişafı qonşu ölkələr üçün maraqlıdır. Biz bu istiqamətdə bir çox layihələr və tədbirlər həyata keçiririk. Keçən il Gürcüstan səyahətə gələn turistlər üçün maraqlı olub və bu il də maraqlı olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflis şəhərinin meri David Narmania APA-nın suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, azərbaycanlıların məskunlaşdığı yerlərdə turizmin inkişafı üçün plan tərtib edilib: "Azərbaycanlılar əsasən Tiflisin köhnə məhəllələrində yaşayır və bizim də məqsədimiz bu hissədə turizmi inkişaf etdirmək və əcnəbiləri, həmçinin qonşu ölkələrin turistlərini buraya cəlb etməkdir. Bunun üçün biz qədim yerlər, tarixi abidə və parklarda təmir-bərpa işləri aparmağı planlaşdırmışıq. Biz Tiflisin qədim hissəsi sayılan bu ərazini turizmin mərkəzi kimi yaratmaq barədə fikirləşir və Tiflisə gələn turistləri maraqlandırmaq istəyirik", deyə Tiflis Şəhər Meri bildirib.

D. Narmania qeyd edib ki, 2014-cü ildə ən çox Azərbaycandan Gürcüstana turistlər gəlib və onlar yalnız Tiflisin gəzməli və görməli yerlərində deyil, eləcə də Qara dəniz sahili boyu istirahət zonalarında olub və istirahət ediblər: "Gürcüstan 2015-ci ilin turizm mövsümündə də Azərbaycandan gələn turistləri qəbul etməyə hazırdır və Gürcüstanda turistlər üçün maraqlı ərazilər var.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930