QURANI-KƏRIMDƏ ÜMUMI ƏXLAQ MƏFHUMLARI
Mьəllif: admin1
Tarix: 1-12-2014, 10:52
Bцlmə: Xəbərlər
QURANI-KƏRIMDƏ ÜMUMI ƏXLAQ MƏFHUMLARI

Quranda “xeyir və şər”, ”nur və zülmət”, ”haqq və batil” kimi geniş yayılmış ümumi məfhumlar var ki, onlar əxlaqla yanaşı, digər mənalarda da işlədilir.

Xeyir və şər:
Xeyir əməl insan kamilliyinin formalaşması üçün müsbət amildir. Bu isə zati istək və ixtiyari əməl zamanı əxlaqi dəyərə çevrilir.

“Əgər bir şey barəsində mübahisə etsəniz, Allaha və qiyamət qününə inanırsınızsa, onu Allaha və peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır”. (Nisa s. 59)

Allahın Peyğəmbəri buyurur: ”Allahdan qorxmaq bütün xeyirlərin toplusudur”

İmam Əli(ə): ”3 şey xeyirlərin cəmidir: nemət bəxş etmək, əhd-peymana sadiq olmaq və sileyi-rəhm”.

Lakin bəzi ayələrdə işlənmiş xeyir sözü əxlaqi mənada deyil, üstün sifət kimi qeyd olunub:

“Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri ancaq özünüzçündür”. (Bəqərə 272)

“Allah daha xeyirli, daha baqidi” (Taha sür-73)

Nur və zülmət

Quranda xeyir və şərdən əlavə, digər ümümi məfhumlar da mövcüddür. Nur və zülmət, haqq və batil həmin sözlərdəndi.

Quanın bir çox ayələrində mömin və əməli saleh insanların nur içində olmaları, həmçinin kafir və pis əməl sahibi olan insanların zülmətdə olmaları və ya zülmətə dəvət olunacaqları, aydın bəyan edilir:

“Ey iman gətirənlər! Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, sizə öz mərhəmətindən iki pay versin, sizə getməyniz üçün nur bəxş etsin və sizi bağışlasın. (Hədid s.-28)

“Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi". (Ənam s.-122)

Hər iki ayədə nur və zülmət insanın ixtiyari əməllərinin tərifi olaraq işlənib. Eləcə də bəzi ayələrdə bu iki söz əxlaqi dəyər kimi işlənmir. Buna misal isə “nur“ sözünün Allah barəsində işləndiyi ayələrdir.

Allah yerlərin və göyün nurudu (Nur s.-35)

Həmçinin, zülmət sözü də dünyadakı qaranlıqlara işarə edir.

“O, sizi analarınızın bətnində üç zülmət içində yaranışdan- yaranışa salaraq yaratdı”. (Yunis s.-5)

Allahın rəsulu buyurur: ”Heç kəsə zülm etmə ki, qiyamət günü məhşərə nur içində gələsən.”

Bəzən İslam baxımından müsbət əxlaqi dəyərin meyarı haqq, mənfi əxlaqi dəyərin meyarı isə batil güman edilir. Lakin Quran ayələrinə görə, haqq və batil ümumi məfhumda işlənən sözlərdəndir.

“Biz sizin üçün haqqı gətirdik,amma çoxunuz haqqı xoşlamırsınız.”(Zuxruf s.78)

Allahın Peyğəmbəri buyurur: ”Ən təqvalı insan onun xeyrinə və ya ziyanına olmasına baxmayaraq, haqqı deyəndir.”

İmam Əli (ə) buyurur: ”Allah yanında ən üstün insan odur ki, haqq onun üçün zərərli və qüssəli, batilsə mənfəətli və artımlı olsa da, haqqa əməl etməyi batilə əməl etməkdən çox sevsin.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930