Şeytan (lən) deyəcək: “... məni məzəmmət etməyin, özünüzü məzəmmət edin”
Mьəllif: admin1
Tarix: 15-11-2014, 00:29
Bцlmə: Xəbərlər
Şeytan (lən) deyəcək: “... məni məzəmmət etməyin, özünüzü məzəmmət edin”

Göz – şeytanın ixtiyarında ən böyük vasitəsidir. Şeytan göz vasitəsilə insanı öz hakimiyyəti altına salar və onu vəsvəsə edər. Şeytan elə varlıqdır ki, insana daima nəzarət edər və ən kiçik fürsət tapan kimi, onu vəsvəsə etməyə başlayar. Bu yolda heç nəyi əsirgəməz. O, öz hədəfinə çatmaq üçün çox sayda vasitələrdən istifadə edər. Onun ən böyük silahı - vəsvəsədir. (Tebyan)

Şeytan (lən) Qiyamət günü insana deyəcəkdir: “(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).

İnsanda şeytan üçün mühüm olan şey – onun düşüncələri və fikirləridir. İnsan ruhu onu ucaldada bilər, alçalda da. Ona görə də o şey ki, insan ruhunu və ya nəfsini öz təsiri altına salar, böyük əhəmiyyətə malikdir.

İnsanın gözünün ürəyi ilə bağlantısı vardır. İmam Əli (ə) buyurur: “Qəlb - gözün kitabıdır”.

Ona görə də göz şeytanın ixtiyarında olan ən böyük vasitələrdən biri sayılır. Allah “Nur” surəsində buyurur: “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar. Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. (“Nur” 30-31).

Bu ayə bizlərə buyurur ki, gözlərinizi hər bir harama qarşı yumun. Çünki şeytan çox (lən) mahirdir. Hər bir şeyi böyük və təmtəraqlı nümayiş etdirmək qabiliyyətinə malikdir. İnsana vahimə qüvvəsi vasitəsilə hakim olar.

İmam Əli (ə) buyurur: “Həqiqətən, şeytan öz yollarını sizin üçün asan cilvələndirir. Sizin möhkəm din düyünlərinizi bir-birindən açana qədər. Vəhdət və həmahənglik yerinə dağınıq olmağınızı artırar”.

İmam Sadiq (ə) buyurur: “Nalayiq baxış – şeytanın oxlarından biridir. Hər kim ancaq Allaha xatir onu tərk edərsə, Allah ona rahatlıq verər ki, xoş dadını özündə tapar (hiss edər)”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gözlərinizi harama bağlayın ki, möcüzələri görəsiniz. Çünki zahirdə haramlara gözü bağlamaq qədər ürəkdə mərifət və nur gözü açılar. Batini görmə güclənər. Nəfsdə yəqin maarifi hasil olar”.

Hər bir bədən üzvünün haqqı olduğu kimi, gözün də haqqı vardır. Gözün haqqı budur ki, onu halal olmayan hər şeyə yumasan. O şey ki, haramdır, o şey ki, dünya zinətidir və ürəyini oğurlaya bilər - ona göz yumasan.

Lakin bəzi şeylər vardır ki, onlara nəzər salmaq ibrətdir. Belə ki, xaraba qalmış evlərə nəzər salıb demək ki, sənin sakinlərin hara gediblər və haradadırlar? Təfəkkür edə biləcəyin hər şeyə nəzər salmaq yaxşıdır.

İnsan gərək bilsin ki, şeytan (lən) çox rəzildir. İnsan üzərindəki hakimiyyəti ancaq vəsəvəsə ilədir. O, insanı yolundan azdırmaq üçün həmişə yardımçıya ehtiyac duyur. Əgər insan onun silahlarını tanısa və bu silahları onun əlindən alsa və ixtiyarına qoymasa, yaxşı nəticə əldə edə bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031