İmam Hüseyn (ə) və İmam Zamanın (ə.f) səhabələrinin oxşar xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 6-10-2017, 11:02
İmam Hüseyn (ə) və İmam Zamanın (ə.f) səhabələrinin oxşar xüsusiyyətləri

Əgər İmam Zaman (ə.f) ilə İmam Hüseyn (ə) qiyamını müayisə etsək görərik ki, İmam Hüseyn (ə) qiyamı zahirdə qələbə çalmadı, lakin İmam Zamanın (ə.f) qiyamı qələbə çalacaqdır. Başqa bir müqayəsi budur ki, İmam Hüseyn (ə) qiyamı artıq baş vermişdir, lakin İmam Zamanın (ə.f) qiyamı hələ olacaqdır.

Hər iki İmamın (ə) ordusunda olan səhabələrin müştərək xüsusiyyətləri vardır ki, onlardan bəzisinə işarə edək:

1. Allah axtarışında olmaq. Hər iki İmamın (ə) ordusunda olan səhabələrin müştərək sifətlərindən biri – Allah axtarışında olmaqlarıdır. Əgər Aşura səhnəsinə nəzər salsaq, başdan- başa Allah şüarları ilə doludur. İmam (ə) və səhabələri hər şeydən əllərini çəkib, Haqdan yapışmışdılar. İmam Hüseyn (ə) Mədinədən çıxan zaman dediyi xütbədə heç bir qüdrət tələbində olmadığını elan etmişdi. İlahi qəzaya təslim olacağını bəyan etmişdi. Belə ki, İmam (ə) buyurmuşdu: “Allahım! Mən Sənin rizana görə razıyam və əmrinə qarşı təsliməm. Sənin qəzan qarşısında səbir edəcəyəm”. Bu sifət onun səhabələrində və Əhli-beytində (ə) də müşahidə olunurdu. Belə ki, Həzrət Zeynəb (s.ə) qardaşının parça-parça olmuş bədənin yanında buyurmuşdu: “Allahım, bu qurbanı bizdən qəbul et!”. Allah Təala İmam (ə) ordusunun əsl mehvəri idi və Aşura gecəsində özünəməxsus cilvə almışdı. Belə ki, bütün xeymələrdən ibadət və dua səsləri ucalmışdı. Allah axtarışda olmaq İmam Zaman (ə.f) ordusunun da səhabələrinin sifətlərindəndir. Onlar Allahı layiqli şəkildə tanıyır və bütün varlıqları İlahi nura qərq olacaqdır. İmam Sadiq (ə) bu hadqa buyurur: “(Onlar elə insanlardır ki) sanki ürəkləri nur yağışıdır. Allahın qəzəbindən qorxarlar və şəhadət tofiqinə çatmaq üçün dua edərlər”.

2. Vilayəti tanıyan. İmam Hüseyn (ə) səhabələri vilayəti ən gözəl şəkildə tanıdıqlarını hamıya nümayiş etdirdilər. Onlar döyüş meydanında əhdlərinə vəfa etdilər və İmamı (ə) tək qoymadılar. Ömər ibni Qərəzə namaz zamanı özünü düşmən oxlarının və nizələrinin qarşısında qalxan etdi ki, İmama (ə) zərər dəyməsin. Şüddətli yaralarına görə nəhayət yerə yıxıldı və üzünü İmama (ə) çevirib soruşdu: “Ey Peyğəmbər (s) oğlu! Sənə vəfa etdimmi?”. İmam buyurdu: “Bəli. Sən behiştdə mənim yanımdasan və behiştə tez çatacaqsan. Mənim salamımı Peyğəmbərə (s) çatdır”. Əbülfəzl Abbas vəfadarlıqda və ədəbdə səhabələr arasında çox fərqlənirdi. O, Aşura gecəsi İmama (ə) belə buyurmuşdu: “Allaha and olsun ki, səndən heç bir zaman ayrılmaycağam. Canım sənə fəda olsun. Qanlı əl və üzümlə səni himayə edərəm. Əgər öldürülsəm, öz əhdimə vəfa etmiş olacağam”. İmam Zamanın (ə.f) səhabələri də vilayəti tanıyan insanlar olacaqdır. Onlar İmamın (ə.f) əmrlərinə qarşı müti və təvazökar olacaqlar. Hədislərdən birində oxuyuruq: “Təbərrük üçün əllərini İmamın (ə.f) atının yüyəninə sürtərlər və İmamın (ə.f) ətrafında fırlanarlar, ona döyüşdə yardım edərlər”.

3. Şücaət. Aşuralıların şücaəti onların inanc və etiqadlarından qaynaqlanır. Onlar şəhadət eşqi illə vuruşmuşdular və ölümdən qorxmurdular. Düşmən qarşısında süst deyildilər. Əbülfəzl Abbasın, Müslim ibni Əqilin, Əli Əkbərin, Qasimin şücaəti dillər əzbəridir. Onlar o qədər igid insanlar idi ki, hətta düşmən belə bunu etiraf edərdi. Onlar deyirdi: “Bizimlə elə insanlar vuruşurdular ki, pəncələri qılınclarında idi. Onlar qəzəblənmiş şir kimi bizim üstümüzə at çapırdılar”. İmam Zaman ağanın (ə.f) də səhabələri igidlikdə ad qazanmış insanlar olacaqdır. Onların ürəkləri polad kimidir və düşmən ordusundan qorxmazlar. İmam Baqir (ə) bu haqda buyurur: “Sanki onları görürəm, 313 nəfərdir ki, Kufənin yüksəkliyində dayanıblar və ürəkləri polad kimidir. Qorxu hər tərəfdən düşmən ürəyinə kölgə salar. Onlar mahir ox atan və minicidirlər. Onlar Bədr döyüşündə Peyğəmbərin (s) yoldaşları kimi başlarına xüsusi nişan taxarlar”.

4. Fədakarlıq. Fədakarlıq o deməkdir ki, başqalarını özündən üstün biləsən. Kərbəlada fədakarlıq öz pik nöqtəsinə çatmışdı. Səhabələr o zamana qədər ki, sağ idilər, Peyğəmbər (s) övladının ehtiramını əziz tutur və qoymurdular ki, Bəni-Haşimdən bir nəfər meydana getsin. İmama (ə) ziyan dəyməkdən qoruyurdular. İmam (ə) da canını din üçün fəda etdi. İmam Zamanın (ə.f) səhabələri də fədakar insanlar olacaqdır. Ümumi məqsəd və ixlas ürəklərini bir-birinə bağlayacaqdır. Onlar bir-birinin qəm yoldaşlarıdır. Onlar İmamı (ə) müdafiə etmək üçün canlarını təhlükəyə atarlar və bununla fəxr edərlər. Sanki bu insanların ata və anası eyni insanlardır və fədakarlığı bir-birinə ötürüblər.

Deyerler.Org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930