Almaniya məhkəməsi Berlində müsəlman müəllimlərin hicab taxmasına dəstək verib
Mьəllif: Admin
Tarix: 14-02-2023, 20:21
Bцlmə: Xəbərlər
Almaniya məhkəməsi Berlində müsəlman müəllimlərin hicab taxmasına dəstək verib
"İQNA", "Əş-şuruq" saytına istinadən xəbər verir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi Berlin əyaləti hökumətinin Federal Əmək Məhkəməsinin çıxardığı qərara qarşı şikayətini rədd edib.

Federal Əmək Məhkəməsinin çıxardığı qərara görə, müsəlman müəllimlərin hicab taxmasına qadağa qoyulması əsaslı deyil.

Almaniya məhkəmə sisteminin ən yüksək məhkəməsi olan Karlsrue Konstitusiya Məhkəməsinin sözçüsü məhkəmənin yanvarın 17-də bu iş üzrə yekun qərarını belə elan etdiyini açıqlayıb.

Berlin əyalət hökuməti müsəlman müəllimlərin dərsdə hicab taxmasını qadağan edə bilməz.

Berlin təkcə müsəlman qadın müəllimlərə deyil, həm də hakimlər və polislər tərəfindən xristian simvollarına qadağa qoyan ilk əyalət olub.
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031