Yəmən müftisi: İslam ölkələri İsveçlə əlaqələrini kəsməlidir
Mьəllif: Admin
Tarix: 24-01-2023, 12:36
Bцlmə: Xəbərlər
Yəmən müftisi: İslam ölkələri İsveçlə əlaqələrini kəsməlidir
Yəmən müftisi islam ölkələrindən İsveç və İslami kitablara açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yəmən müftisi Şəmsəddin Şərafəddin bazar ertəsi açıqlamasında deyib:

"Bu ölkə Allahın, Rəsulunun (s) və Kitabının düşmənlərinin bədxah əməllərini pisləyir, onların bu əməllərinə ikrah hissini bildirir.

Yəmən xalqı Qurana qarşı edilən bu hörmətsizlik qarşısında güzəştə getməyəcək və Allahın dininə kömək etmək məsuliyyətini yerinə yetirəcək.

İsveç belə iyrənc əməllərin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir.

Müsəlman alimlərinin vəzifəsi İslam ümmətinin müqəddəslərə hörmətsizliyə reaksiya verməsini təmin etmək və bu mövzuda öz öhdəliklərini yerinə yetirməkdir".

Yəmən müftisi həmçinin islam ölkələrindən İsveç və İslam müqəddəslərinə açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.

Yəmən müftisi deyib:

"Qurani-Kərimə edilən hörmətsizliyə qarşı kəskin tədbirlər görməməlidirlər. Bu səbəbdən İslam xalqlarından Quranı müdafiə etmək üçün hərəkətə keçmələrini və islahatlara getmələrini xahiş edirik”.

Oxşar xəbərlər
«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728