Pakistanda Peyğəmbər (s) ailəsini təhqir edənin cəzası ömürlük həbsdir
Mьəllif: Admin
Tarix: 22-01-2023, 10:59
Bцlmə: Xəbərlər
Pakistanda Peyğəmbər (s) ailəsini təhqir edənin cəzası ömürlük həbsdir
"İQNA", "Pro Pakistani"-yə istinadən xəbər verir ki, bu qanun layihəsini Pakistan Milli Assambleyasının (aşağı palata) spikeri Raca Pərviz Əşrəfin sədrliyi ilə keçirilən iclasında Camaat-e-İslami partiyasının nümayəndəsi Mövlana Əbdül-Əkbər Çitrali təqdim edib.

Bu qanun layihəsi deputatlar tərəfindən yekdilliklə qəbul edilib. Yeni qanuna əsasən, Həzrət Peyğəmbərin (s) səhabələrini, ailəsini və zövcələrini təhqir etməkdə təqsirli bilinən şəxslərə minimum 10 il, maksimum ömürlük həbs cəzası veriləcək.

Bu cinayətə görə əvvəlki maksimum cəza 3 il həbs idi.

Pakistanda islami müqəddəs şeylərə qarşı hər cür təhqir çox həssas məsələ hesab olunur. İnsanların islami müqəddəs şeyləri təhqir etmək məsələsində həssaslığı səbəbindən cinayətkarlar üçün sərt qanunlar müəyyən edilib. Elə bir şəkildə ki, Pakistanda küfr edənlərin cəzası zaman keçdikcə çətinləşib.



Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31