Pakistanda universitet dərslərinə Quran dərsi əlavə edildi
Mьəllif: Admin
Tarix: 22-01-2023, 10:56
Bцlmə: Xəbərlər
Pakistanda universitet dərslərinə Quran dərsi əlavə edildi
"İQNA", "Pakistan Observer"-ə istinadən xəbər verir ki, Pakistan Senatının qanunvericiləri yanvarın 16-da yekdilliklə qəbul edilən qanun layihəsinə əsasən, Pakistanın bütün universitetlərində Qurani-Kərimin tərcümə, təcvid və təfsir ilə tədrisinin bütün fənlər üzrə tələbələr üçün məcburi olmasını tövsiyə edib.

Universitet dərslərinə Quranın əlavə edilməsi imtahanlara və qiymətlərə təsir göstərməyəcək dərəcədədir. O, yalnız Quranı və onun məfhumlarını öyrənməyə yönəlib.

Pakistanlı qanunvericilərin fikrincə, müsəlman ölkəsinin insanları kimi yeni nəsil İslam təlimlərini tam başa düşmək üçün Qurani-Kərimi ətraflı öyrənməli və onu təfsir etməlidir.

Hazırda Pakistanın təhsil sistemində İslam təhsili ibtidai və orta məktəb tələbələri üçün istəyə bağlı olaraq tədris olunur. Digər tərəfdən, qeyri-müsəlman tələbələr o dərsin əvəzinə hər hansı başqa fənni seçə bilərlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930