Ayətullah Sistani BMT nümayəndə heyətini qəbul edib
Mьəllif: Admin
Tarix: 19-12-2022, 21:19
Bцlmə: Xəbərlər
Ayətullah Sistani BMT nümayəndə heyətini qəbul edib
BMT baş katibinin müşaviri və İraqda İŞİD cinayətlərinin araşdırılması qrupunun rəhbəri Kristen Riçardın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti İraq şiələrinin lideri Ayətullah Seyid Əli Sistani ilə görüşərək müxtəlif məsələləri müzakirə edib.

İslamazeri.com xəbər verir ki, görüşdə həmçinin bu beynəlxalq nümayəndə heyətinin həyata keçirdiyi son fəaliyyətlər və İŞİD qruplaşmasının cinayətləri, terrorçuların təqibi və məhkəmə işləri sahəsində əldə etdiyi nailiyyətlər barədə ictimaiyyətə məlumat verilib.

Kristian Riçard Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdən sonra İraqdakı terror qruplaşmasının cinayətləri üzrə komissiyanın (UNİTAD) fəaliyyətini haqqında izahat verib: “Komandam hesab edir ki, bütün qurbanların cinayətlərin təşkilatçıları və icraçıları üçün cəza tələb etmək hüququ var (İraqda)”.

BMT baş katibinin xüsusi müşaviri və beynəlxalq istintaq qrupunun rəhbəri əlavə edib ki, İŞİD-in terror aktları nəticəsində zərər çəkmiş insanları unutmaq mümkün deyil.

“İŞİD cinayətkarları İraq mədəniyyətini, ölkənin sosial və etnik müxtəlifliyini məhv etmək istəyirdilər”, -deyə o vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə 3 illik şiddətli döyüşlərdən sonra İraq İŞİD terror qruplaşması üzərində qələbə qazandığını elan edib.
Oxşar xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31