İsveçdə Qurani-Kərimə hörmətsizlik olunub
Mьəllif: Admin
Tarix: 4-12-2022, 10:21
Bцlmə: Xəbərlər
İsveçdə Qurani-Kərimə hörmətsizlik olunub
"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, bu məscidin rəsmilərinin dediyi kimi, Quranın zədələnmiş bu nüsxəsi ötən cümə günü, 2 dekabr, Stokholmdakı məscidin girişinin yaxınlığında tapılıb.

Stokholm məscidi tərəfindən paylaşılan görüntülərdə mushəfin zəncirlənərək məscidin kənarındakı dəmirdən asıldığı görünür.

Stokholm məscidi açıqlamasında bu məscidin və onun üzvlərinin tez-tez təhdid edildiyini açıqlayıb.

Məscid əvvəllər də islamofob hücumların, o cümlədən, anti-İslam hadisələrinin və qapısına çəkilmiş yazıların hədəfi olub.

Məscidin nəzarətçisi bildirib ki, o, ictimaiyyətin diqqətini cəlb etmək və nifrət cinayətlərinin normallaşmasının qarşısını almaq üçün hadisə ilə bağlı foto və məlumatları paylaşıb.

Son illər İsveçdə islamafobiya ilə bağlı hadisələr, o cümlədən Quranın yandırılması, məscidlərə və müsəlman ziyarətgahlarına hücumlar artıb.
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031