Ayətullah Xamenei: "İnkişafın ən mühüm vasitəsi ümiddir"
Mьəllif: Admin
Tarix: 20-11-2022, 10:55
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: "İnkişafın ən mühüm vasitəsi ümiddir"

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 19 noyabr tarixində Tehranda İmam Xomeyni adına hüseyniyyədə İsfahan əhalisinin bir qrupu ilə görüşüb.

Maide.az "leader.ir" ə istinadla xəbər verir ki, görüşdə çıxış edən Ali Rəhbər Ayətullah Xamenei qeyd etdi ki, günümüzün əsas problemi durğunluq, hərəkətsizlik və mürtəcelik qarşısında inkişafdır: “İmperializm iranofobiyanı daha da gücləndirərək İran xalqı qarşısında tutduğu mövqedə bütün imkanlarını xalqın, xüsusilə gənclərin beyninə ümidsizlik və çıxılmazlıq düşüncəsini yeritmək üçün səfərbər etmişdir. Bu gün hər bir fərdin İransevərliyinin ən mühüm sübutu məyusluq və imidsizlik yaratmaqdan çəkinmək, iş, səy və ümid ruhiyyəsini yaymaqdır”.

Ali Rəhbər bildirdi ki, iqtisadi problemlərin həlli üçün məsul şəxslər öz səylərini daha da artırması lazımdır: “Son iğtişaşların xalqı səhnəyə gətirməyi bacarmayan əsas rejissorları öz cinayətlərini davam etdirməklə ölkə rəhbərliyini yorub usandırmaq niyyətindədirlər. Amma iğtişaşlar yekunlaşacaq, xalq onlara qarşı günbəgün artan nifrətlə, daha böyük qüvvə və yeni ruhiyyə ilə öz işini, səylərini və inkişafını davam etdirəcək”.

Ali Rəhbər öz çıxışında imperializm dünyasının İran İslam dövləti ilə olan əsas probleminin təhlilini verərək dedi: “İmperializmin İslam Respublikası ilə əsas problemi budur ki, əgər bu sistem inkişaf edib dünya tərəfindən müşahidə edilsə, Qərb dünyasının liberal demokratiya məntiqi puç olacaq”.

Ayətullah Xamenei Qərb dünyasının liberal demokratiya məntiqi ilə ayrı-ayrı ölkələr üzərindəki hegemonluğuna işarə edərək bildirdi: “Son üç əsrdə azadlığın və ya demokratiyanın olmaması bəhanəsi ilə ölkələrin sərvətlərini qarət etdilər, yoxsul Avropa varlı ölkələrin bir çoxunun durğunluğu hesabına varlandı”.

O, qərblilərin azadlıq və demokratiya adı altında ölkələrin azadlığı və demokratiyasına qarşı əl atdıqları hiylədən söz açaraq əlavə etdi: “Əfqanıstan bunun yaxın və bariz bir nümunəsidir. Belə ki, amerikalılar hökumətin qeyri-demokrat olduğunu bəhanə edərək oraya hərbi hücum etdi. Amma 20 illik cinayət və qarətlərdən sonra üzərinə hücum çəkdiyi hökumət dövlət başına gəldi və amerikalılar biabırçı vəziyyətdə Əfqanıstanı tərk etdilər”.

Ayətullah Xamenei dedi: “Hal-hazırda İranda bir sistem din və həqiqi demokratiya əsasında xalqa şəxsiyyət bəxş etmiş, ona həyat bəxş etmiş, əsl həqiqətdə Qərbin liberal demokratiya məntiqini puça çıxarmışdır”.

Ayətullah Xamenei əlavə etdi: “Bir qrup adam ölkədə Qərb təbliğatlarına əsaslanaraq İslam dövlətində azadlıq və demokratiyanın olmadığını deyir. Halbuki bu sözlərin deyilməsi elə azadlığın göstəricisidir. Siyasi düşüncə baxımından bir-birinə bənzəməyən hökumətlərin dövlət başına keçməsi də xalqın seçim hüququnun və İslam dövlətinin demokratik olduğunu göstərir”.

Ali Rəhbər qeyd etdi ki, əgər İslam Respublikası ABŞ və imperializmin qarşısında kompramisə getsəydi, onların quldurluğu və hegemoniyasına boyun əysəydi, onlar təyziqləri azaldacaqdılar, amma ölkəyə ağalıq edəcəkdilər: “Bu illər ərzində İslam Respublikasının qüdrət səsi hər dəfə ucalanda düşmənin İslam dövlətinə hücum çəkmə səyləri daha da artmışdır”.

Ayətullah Xamenei vurğuladı: “Ölkəmizin bu günkü və əsas problemi inkişaf, durğunluq, hərəkətsizlik və mürtəcelik problemidir. Biz inkişaf etməkdəyik, amma imperialist qüvvələr İran İslam Respublikasının inkişafından narahat olur və qəzəblənirlər”.

O əlavə etdi: “Bu narahatlıq və qəzəb səbəbindən amerikalılar və avropalılar bütün imkanları ilə meydana atılırlar. Ancaq heç bir qələt edə bilməzlər. Necə ki, bundan əvvəl də edə bilməmişdilər. Heç gələcəkdə də edə bilməyəcəklər”.

Ali Rəhbər İranla imperializmin əsas mübarizə meydanına işarə edərək ABŞ-ın ön xətdə, Avropanın isə onun arxasında dayandığını dedi: “İslam İnqilabının qələbəsindən sonrakı illər ərzində İran xalqını xilas etmək istəyən demokrat Karter, Klinton, Obama, respublikaçı Reyqan, Buş və əvvəlki axmaq prezidentindən tutmuş indiki huşsuz prezidentinə qədər, hamısı İran İslam Respublikasına qarşı mübarizə apardı, bacardıqları hər kəsdən, o cümlədən sionist rejimdən özlərinin quduz və zəncirə vurulmuş itləri kimi, habelə bəzi region dövlətlərindən istifadə etdilər”.

Ayətullah Xamenei əlavə etdi: “Bütün bu səylərə baxmayaraq, xalqın düşmənləri ümumilikdə arzularına çata bilmədilər. Təbii ki, sanksiya, nüvə alimlərinin terror edilməsi, müxtəlif siyasi və təhlükəsizlik hiylələrindən istifadə edilməsi, İslam Respublikasına qarşı danışmaq üçün ölkə daxilində bir qrup adama rüşvət verilməsi kimi problemlər yaratdılar, amma İran xalqının hərəkətini dayandıra bilmədilər”.

O vurğuladı: “Belə bir mübarizədə və problemlə qarşı-qarşıya olduğumuz şəraitdə xalqın hər bir fərdinin, ölkə rəhbərlərinin, habelə ziyalıların, elitlərin, gənclərin, universitet və dini mərkəzlərin elmi cəmiyyətlərinin vəzifəsi bütün elmi, incəsənət, iqtisadi, siyasi, əxlaqi və mənəvi sahələrdə inkişafa çalışmaqdır”.

Ali Rəhbər nailiyyətlərin dövlətin möhkəmlənməsi və iqtidarına zəmin yaratdığını dedi: “Düşmənin hədəfi dövlətin iqtidarının sütunlarını laxlatmaqdır. Buna görə də hamı inkişaf mövzusunu ciddi şəkildə izləməlidir”.

Ayətullah Xamenei çıxışının davamında: “Necə inkişaf edək?” – deyə bir sual ünvanlayıb onu belə cavablandırdı: “İnkişafın müxtəlif vasitələrə ehtiyacı var. Amma inkişafın ən mühüm vasitəsi ümiddir. Buna görə də düşmən bütün gücünü ümidsizliyi və çarəsizliyi təqlin etmək üzərində mərkəzləşdirmişdir”.

O, düşmənin ümidləri öldürmək üçün medianın peyk kanalları, virtual məkan və muzdur telekanallar kimi geniş imkanlarından istifadəsinə işarə edərək dedi: “Bütün bu səylərə baxmayaraq, xoşbəxtlikdən, ölkədə inkişafa ümid və ona doğru hərəkət yaşamaqdadır”.

Ali Rəhbər vurğuladı: “Düşmən xalqla və gənclərlə yanaşı, hətta məsul şəxslərin də ümmidlərini itirməsinə çalışır. Təəssüflər olsun ki, düşmənin ölkə daxilində qəzetlər və virtual məkandan istifadə edərək məyusluq və ümidsizliyi təlqin edən daxili uzantısı var”.

Ayətullah Xamenei əlavə etdi: “İqtisadi problemimiz var və inşallah, həll olacaq. Amma digər sahələrdə inkişaf etməkdəyik. Əlbəttə, bütün səylər gənc nəslin bu inkişaf və nailiyyətlərdən xəbərsiz qalması üzərində mərkəzləşmişdir. Qeyd olunan səbəbdən də düşmən və onun daxili uzantısı bu inkişafları gizlətməyə və ya kiçik göstərməyə çalışır”.

O, son həftələrdə əldə edilmiş nailiyyətlərə və irəliyə doğru hərəkətlərə işarə edərək dedi: “İranlı alimlərin qan xərçənginin müalicəsi istiqamətində əldə etdikləri yeni metod, neft və qazın ixracı təchizatlarından birinin milliləşdirilməsi, şimal-cənub dəmir yolu xəttinin mühüm bir hissəsini təşkil edən Sistan və Bəluçistanın bir bölgəsində dəmir yolunun istifadəyə verilməsi, bir neçə müəssisənin açılması, ilk ekstraterritorial neft emalı zavodunun təsis edilməsi, 6 elektrik stansiyasından istifadə, dünyanın ən böyük teleskoplarından birinin təqdimatı, kosmik raketin buraxılması, yeni bir raketin təqdimatı, hamısı ölkənin irəliyə doğru hərəkətinin nümunələridir. Bütün bunlar düşmənin bəzi iğtişaşlar vasitəsilə bu hərəkətə mane olmağa çalışdığı bir vaxtda baş verir”.

Ali Rəhbər vurğuladı ki, iranlı gənc düşmənin cinayət törətdiyi bu günlərdə diri və motivasiyalıdır: “İransevərliyin əsas göstəricilərindən biri ümid yaratmaqdır. Buna görə də ümidsizlik və çarəsizlik təlqin edən adamlar İrana düşməndirlər və İranı sevdiklərini iddia edə bilməzlər”.

Ayətullah Xamenei vurğuladı: “İranın düşmənlərinin milli maraqları müdafiə qəlibində məyusluğu təlqin etmələrinə imkan verməyin. Yazıçılar, şairlər, alimlər, ruhanilər və nüfuzlu şəxlər ümid yaratsınlar, cəmiyyətin ümid əlamətlərini və inkişaf göstəricilərini nəzarətə götürsünlər”.

Ali Rəhbər çıxışının başqa bir yerində qeyd etdi ki, son iğtişaşların ssenaristlərinin əsas məqsədi xalqı dartıb meydana çıxarmaqdır: “Xalqı meydana çıxara bilmədikləri üçün cinayətlər törədib məsul şəxsləri yormağa çalışırlar. Əlbəttə, səhv edirlər. Çünki bu cinayətlər və quldurluqlar xalqı yorur, onları daha da bezdirib nifrətlərinin artmasına səbəb olur”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930