Filippində “Milli Hicab Günü” qanunu qəbul edilib
Mьəllif: Admin
Tarix: 19-11-2022, 10:35
Bцlmə: Xəbərlər
Filippində “Milli Hicab Günü” qanunu qəbul edilib
"İQNA", "CNN"-ə istinadən xəbər verir ki, Filippin Nümayəndələr Palatası bu müsəlman ənənəsinə diqqəti artırmaq üçün hər il fevralın 1-ni "Milli Hicab Günü" elan edən qətnamə qəbul edib.

274 lehinə səslə parlamentarilər Nümayəndələr Palatasının 5693 saylı qanun layihəsini və ya "Milli Hicab Günü" ilə bağlı qanun layihəsini təsdiqləyiblər.

Bu qanun layihəsinin izahatında deyilir: "Ayrı-seçkilik və üstünlük olmadan dini ayinlərin icrasına və dini etiqad azadlığından istifadə etməyə əbədi icazə verilir".

Bu qanun layihəsinə əsasən, hicablı insanların hüquqlarını və müsəlmanların hicab taxmaq ənənəsini vurğulamaq üçün Milli Hicab Günü fevralın birinci günü keçirilməlidir. Müsəlman və qeyri-müsəlman qadınları bu gündə hicab taxmağa təşviq etmək lazımdır.

Ümumdünya Hicab Günü hər il fevralın 1-də 276 ölkədə qeyd olunur. Bu gün, 11 sentyabr hadisəsindən sonra İslamofobik reaksiyadan sonra müsəlman amerikalı qadın Nəzmə Xanın təşəbbüsü ilə təklif edilib. “Ümumdünya Hicab Günü”ndə müxtəlif dinlərdən olan qeyri-müsəlman qadınlar bir gününü hicabla keçirir və hicab təcrübələrini bəyan edirlər.
Oxşar xəbərlər
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930