Fanatik yəhudilər Quranları yandırdılar
Mьəllif: Admin
Tarix: 12-10-2022, 11:04
Bцlmə: Xəbərlər
Fanatik yəhudilər Quranları yandırdılar
Radikal və fanatik yəhudilər İordan çayının Qərb sahilində yerləşən əl-Xəlil şəhərində müqəddəs Qurani-Kərimin bir neçə nüsxəsini yandırıblar.

Operativ.tv Az.shafaqa.com-a istinadən xəbər verir ki, bu barədə əl-Xəlil Vəqflər İdarəsinin başçısı Nidal Cabiri bildirib.

Onun sözlərinə görə, fanatiklər Sukkot bayramı münasibətilə Qaytun məscidi yaxınlığında çadırlar quraşdırıblar.

Səhər məscidin yaxınlığındakı zibil qutusunda cırılmış və yandırılmış bir neçə Quran nüsxəsi aşkar edilib.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031