Bakıda evinin divarına "Ya Hüseyn" yazan xanımı polislər evindən aparıb (Foto)
Mьəllif: Admin
Tarix: 31-07-2022, 05:15
Bцlmə: Xəbərlər
Bakıda evinin divarına "Ya Hüseyn"  yazan xanımı polislər evindən aparıb (Foto)
Sosial şəbəkələrdə verilən məlumata görə, gecə saat 01:15 radələrində onunla birgə bu gecə evində qonaq olan başqa bir qadın da polis bölməsinə aparılıb.

Bildirilir ki, Fərəcova Şəhla polis bölməsinə aparıldıqdan sonra "Ya Hüseyn" yazılan evinin divarı polislər tərəfindən qırmızı rənglə rənglənib.

Xanımlar polis bölməsindən sərbəst buraxıldıqdan sonra polis tərəfindən rənglənən divara yenidən "Ya Hüseyn " şüarı yazılıb.

Qeyd edək ki, evinin divarında "Ya Hüseyn" yazdığına görə ötən gün Azərbaycanın Bakı şəhəri Binə qəsəbəsi sakini Fərəcova Şəhlanın evinə polislər basqın edərək ailə üzvlərini təhqir etmişdi. Ailənin müqaviməti nəticəsində polislər divardakı "Ya Hüseyn" şüarını silə bilməmişdilər.


Bakıda evinin divarına "Ya Hüseyn"  yazan xanımı polislər evindən aparıb (Foto)

Bakıda evinin divarına "Ya Hüseyn"  yazan xanımı polislər evindən aparıb (Foto)
Bakıda evinin divarına "Ya Hüseyn"  yazan xanımı polislər evindən aparıb (Foto)
Bakıda evinin divarına "Ya Hüseyn"  yazan xanımı polislər evindən aparıb (Foto)
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031